...

Prezident İlham Əliyev Madagizin işğaldan azad olunması münasibətilə 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu təbrik edib

Siyasət Materials 3 Oktyabr 2020 19:50 (UTC +04:00)
Prezident İlham Əliyev Madagizin işğaldan azad olunması münasibətilə 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu təbrik edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik etdi.

Trend-in Prezidentin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti