...

Ermənilər təxribatlarını davam etdirsə, öz yuvalarında məhv ediləcək - Millət vəkili

Siyasət Materials 19 Oktyabr 2020 13:28 (UTC +04:00)
Ermənilər təxribatlarını davam etdirsə, öz yuvalarında məhv ediləcək - Millət vəkili

Bakı. Samir Əli - Trend:

Dinc əhaliyə qarşı terror törətmək ermənilərin həyat fəlsəfəsidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib. O bildirib ki, ermənilər tarixən faşist ideologiyası ilə yaşayıblar:

"Faşistlik onların həyat yolu, xislətidir. Tarixin bütün dövrlərində bunlar mülki insanlara qarşı faşist olublar, kütləvi qırğınlar törədiblər. Silahsız insanlara, qocalara, körpələrə, əliyalın insanlara silah tətbiq ediblər. 28 il öncə Xocalıda törədilən soyqırımıda hərbçi yox idi. Onlar dinc sakinləri xüsusi amansızlıqla öldürdülər, Gəncədə törədilən terror da Xocalı soyqırımının davamıdır. Onlar bununla iki məqsədə nail olmaq istəyirlər. Birincisi, Azərbaycan xalqının içərisində bir qorxu, təşviş yaratmaq istəyirlər ki, guya bununla Azərbaycan rəhbərliyi əks-hücum əməliyyatlarını dayandıracaq. Amma onlar bunu düşünməklə çox səhv edirlər. Hərbi əməliyyatlar sonuncu erməni hərbçisi Azərbaycan torpaqlarından çıxana qədər davam edəcək. İkinci məqsədləri isə tarix boyu Azərbaycan ərazilərini işğal edən ermənilərin havadarlarını bu məsələyə cəlb etmək istəyirlər. Onlar istəyirlər ki, Azərbaycan Ermənistan ərazisinə atəş açsın. Amma, cənab Prezident də dəfələrlə bəyan etdi ki, Azərbaycan Ordusu heç vaxt dinc insanlara atəş açmayıb, mülki insanları hədəfə almayıb. Azərbaycan öz torpaqlarını erməni işğalçılardan təmizləmək istəyir və bunu edəcək də".

Millət vəkili bildirib ki, Ermənistanın bugünkü hakimiyyətini yalnız Adolf Hitler hakimiyyəti ilə müqayisə etmək olar: "Bunları ancaq faşistlərlə müqayisə etmək olar. Bir də erməni xalqı yığışıb Nikol Paşinyanı savadlı bir nevropatoloqa göstərməlidir. O, normal düşüncəyə malik deyil. Paşinyanın əxlaqında, tərbiyəsində çatışmazlıq var. Əgər belə olmasaydı, o, bu cür hərəkətlər etməzdi. Onun səhvləri nəticəsində minlərlə erməni əsgəri məhv edilib. Məhv olan ermənilərin qanını ermənilər Paşinyandan almalıdır. Ermənistanda baş verən fəlakətlərin hamısının səbəbkarı Paşinyandır".

E.Məmmədov qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar 30 ildir ki, ermənilərin bu cinayətlərinə reaksiya vermir: "Həmişə olduğu kimi, onlar yenə də məsələyə haqsız münasibət bəsləyir. Ermənilərin təsiri altında olan müəyyən dairələr Azərbaycan əleyhinə bəyanatlar verir, Amma bunlar bütün beynəlxalq qurumlar demək deyil. Yalnız erməni pulu ilə onların təsiri altına düşən təşkilatlar var ki, Azərbaycana qarşı bəyanatlar səsləndirir. Amma əksər dairələr Azərbaycanın haqlı savaşa qatıldığını dəstəkləyir. Bildirirlər ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün mübarizə aparır".

Deputat əlavə edib ki, artıq bu gün biz Ermənistanı hərtərəfli üstələyirik: "Həm siyasətdə, həm inkişafda, həm döyüş meydanında, həm də informasiya müharibəsində Azərbaycan Ermənistandan qat-qat üstündür. Azərbaycan həqiqətləri, baş verən hadisələrin doğru tərəfini vaxtında bütün dünyaya faktlarla çatdırır. Amma ermənilər heç bir fakt olmadan sərsəm bəyanatlar verirlər. Artıq Ermənistan heç nəyə nail ola bilmədiyi üçün son çırpıntılarını yaşayır. Ona görə də murdar təxribatlara əl atırlar. Əgər belə davam edərsə, ermənilər elə öz yuvalarında məhv ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti