...

Ermənistanın atəşi nəticəsində daha bir dinc sakin həlak oldu

Siyasət Materials 29 Oktyabr 2020 17:10 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Goranboy rayonunun Tap kəndində daha bir dinc sakin həlak olub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də etdiyi paylaşımda bildirib.

H.Hacıyev qeyd edib ki, raket həmin şəxsin evinin damına düşüb. Ermənistanın hərbi cinayətləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti