Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında Qanunu təsdiq edib.
Trend-in məlumatına görə, Qanunla Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılır.