...

Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib (VİDEO)

Siyasət Materials 9 Noyabr 2020 11:12 (UTC +04:00)
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib (VİDEO)

Bakı. Trend:

Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib.

Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti