...

Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana siyasi dəstəyi hər zaman olub

Siyasət Materials 9 Noyabr 2020 13:06 (UTC +04:00)
Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana siyasi dəstəyi hər zaman olub

Bakı. Trend:

Türkiyənin Azərbaycana siyasi dəstəyi hər zaman olub.

Trend-in məlumatına görə, Prezident İlham Əliyevin “BBC News”a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Əgər münaqişənin xronologiyasına nəzər salsanız, bu bəyanatlar Ermənistan bizə hücum edəndən və biz cavab verəndən saatlarla sonra başladı. Amma Türkiyənin Azərbaycana siyasi dəstəyi hər zaman olub. Bu, qəfildən baş vermədi. Bu, hər zaman belə olub. Niyə münaqişə başladı? Mən sizə deyə bilərəm. Çünki Ermənistan danışıqları pozmaq istəyirdi. Onlar iyulun 12-də dövlət sərhədində bizə hücum etdilər və bizim ərazimizə daxil oldular. Biz cavab verməli olduq. Həmin toqquşma 4 gün davam etdi və biz onları Azərbaycandan sıxışdırıb çıxarandan sonra dayandıq və dövlət sərhədini keçmədik. Sonra avqustun ortasında onlar diversiya qrupu göndərdilər, o, təmas xəttini keçdi, həmin qrupun başçısı saxlanıldı və mülki şəxslərə qarşı terror hücumları planlaşdırdıqlarını etiraf etdi. Sonra sentyabrın 27-də onlar bizim şəhərlərimizi artilleriya atəşinə tutmağa başladılar, bizim mülki şəxslər və hərbçilər arasında ilk qurbanlarımız ilk saatlarda, bəlkə də ilk dəqiqələrdə oldu. Onlar bizi ağır artilleriyadan atəşə tutdular. Beləliklə, bu, belə başladı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti