Bakı. Ceyla Əliyeva - Trend:
Fransanın Dağlıq Qarabağ münaqişəsi məsələsində qərəzli mövqeyi prezident Emmanuel Makronun bir sıra açıqlamaları sayəsində çoxdan aydın olub.
Bunu Trend-ə siyasi analitik Basel Hac Casim deyib.
O bildirib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olsa da, onun diplomatik addımlarını Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibətdə neytarl adlandırmaq çətindir. Bu, ölkədəki erməni lobbisinin güclü təsiri ilə əlaqədardır.
Ekspertin sözlərinə görə, çətinliklər həm də onunla bağlı olub ki, E.Makron bu münaqişədən öz mövqeyinin Avropa İttifaqında möhkəmlənməsi üçün istifadə etməyə cəhd göstərib.