...

Azərbaycan Vətən müharibəsi dövründə öz dostlarını bir daha tanıdı - Deputat

Siyasət Materials 8 Dekabr 2020 16:25 (UTC +04:00)
Azərbaycan Vətən müharibəsi dövründə öz dostlarını bir daha tanıdı - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın tam qələbəsi ilə başa çatan 44 günlük müharibədə kimin bizim dostumuz olduğunu, kimin bizim tərəfimizdə olmadığını gördük.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan bu dövrdə öz dostlarını bir daha tanıdı: “Həm müharibə dövründə, həm Vətən müharibəsi bitdikdən sonra da dostlarımızın kimlər olduğu bilindi. Dostlarımız bu dövrdə Azərbaycanın haqlı mövqedə olduğunu öz bəyanatlarında bildirirdilər. Bu baxımdan bir çox ölkələr, o cümlədən İtaliya hər zaman Azərbaycanın haqlı tərəf olduğunu bildirmiş və bu müharibə də bunun Azərbaycanın haqq-ədalət işi olduğunu bildirmişdi. Artıq müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb, yeni perspektivlər, yeni reallıqlar var və 30 ilə yaxın müddət ərzində erməni barbarları tərəfindən dağıdılmış ərazilərimizi yenidən canladıracağıq.

Cənab Prezident İlham Əliyev qeyd edib ki, bu ərazilər təkcə bölgənin deyil, dünyanın ən gözıl məkanlarına çevriləcək. Həmin əeazilərdə infrastruktur, sosial obyektlər, evlər və bütün digər obyektlər yenidən qurulmalıdır. Burada Azərbaycan şirkətləri ilə yanaşı, bizə dost olan ölkələrin də şirkətləri, investorları cəlb olunacaq. İtaliya o ölkələrdəndir ki, Azərbaycanla dostluğunu nümayiş etdirib və əlbəttə ki, İtaliya şirkətləri də bu işlərə cəlb olunacaq və artıq Azərbaycan tərəfi bununla bağlı təkliflər göndərib.

İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, İtaliya ilə bizim sıx siyasi və iqtisadi əməkdaşlığımız var, iki ölkə arasında strateji əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanıb. İtaliya ilə Azərbaycan dost ölkələrdir və ona görə də İtaliya şirkətləri işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işlərində yaxından iştirak edə bilərlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti