Ədliyyə Nazirliyində şanlı qələbəyə həsr olunan kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyində şanlı qələbəyə həsr olunan kollegiya iclası keçirilib

Bakı. Samir Əli - Trend:

Dekabrın 15-də Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib.

Nazirlikdən Trend-ə bildirilib ki, çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın şanlı Qələbəsi münasibətilə kollektivi təbrik edib, dövlət başçısının döyüş meydanında və siyasi müstəvidə Ermənistanı ağır məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməklə ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdiyini vurğulayıb.

Bildirib ki, ölkəmizin hərbi-siyasi uğuru, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı və canı bahasına xalqımız 30 il həsrətində olduğu doğma torpaqlarına qovuşub, ərazi bütövlüyümüz bərpa edilib. Bu münasibətlə dövlət başçısının və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş Zəfər Paradı ölkəmizin hərbi, iqtisadi qüdrətini, ordumuzun gücünü və xalqımızın qələbə əzmini, eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bütün dünyaya bir daha nümayiş etdirib.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin nümayişi böyük maraq və qürur hissi ilə qarşılanıb.

Nazir bu şərəfli dönəmdə dövlət başçısının qəti iradəsi və diplomatik məharəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızın ədalətli mübarizəsi naminə vətənpərvər çağırışları ilə Ermənistanın təcavüzkar siyasəti və törətdiyi müharibə cinayətləri barədə beynəlxalq ictimaiyyətin hərtərəfli və dolğun məlumatlandırıldığını, düşmənin informasiya məkanında yalan təbliğatının tam ifşa olunduğunu qeyd edib.
Müharibənin artıq arxada qaldığı, azad olunan ərazilərin bərpa olunması ilə bağlı ölkə Prezidentinin rəhbərliyi ilə nəhəng quruculuq işlərinin, o cümlədən Şuşaya və digər azad olmuş ərazilərə yol çəkilişlərinin, həmçinin Birinci vitse-prezidentin təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən dini abidə və məscidlərimizin bərpası üzrə layihə həyata keçirildiyi bildirilib. Cənab Prezidentin və birinci xanımın işğaldan azad olunan torpaqlarımıza səfərinin xalqımızın öz dədə-baba yurdlarına qayıdışının təntənəsi olduğu vurğulanıb.

Həmçinin, bu ərəfədə əsir və girovların, o cümlədən uzun müddətdir erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun qaytarılmasının beynəlxalq humanitar hüquq normalarına və humanizm prinsiplərinə sadiq qalan ölkəmizin növbəti uğuru olduğu bildirilib.

Kollegiyada Vətən müharibəsində Ədliyyə Nazirliyinin fəaliyyəti, əməkdaşların döyüşlərdə, o cümlədən könüllü fədakar xidmətləri, ordumuza, yaralananlara və şəhid ailələrinə maddi, mənəvi və tibbi dəstəyin göstərilməsi, xarici dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların 400-ə yaxın müraciətlər göndərilməklə Ermənistanın işğalçılığı, müharibə və insanlıq əleyhinə cinayətləri ilə bağlı məlumatlandırılması, daim yenilənən və interaktiv fəaliyyət göstərən, minlərlə istifadəçinin yararlandığı "Qarabağ Azərbaycandır!" üç dilli elektron məlumat platformasının ölkəmizin ədalətli mövqeyinin təbliği və geniş yayılmasında əhəmiyyəti qeyd olunub.

Azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı ölkə Prezidentinin 24.11.2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı çərçivəsində nazirlik tərəfindən görülən işlər, habelə yeni yaradılmış Qarabağ regional ədliyyə idarəsinin fəaliyyətinin təşkili üzrə tədbirlər diqqətə çatdırılıb.

Post-konflikt dövründə ədliyyə orqanlarının qarşısında duran vəzifələr müzakirə olunaraq fəaliyyətin Əlaqələndirmə Qərargahı ilə koordinasiyada qurulması, müvəqqəti xüsusi idarəetməni həyata keçirən komendantlıqlarla əlaqəli fəaliyyətin genişləndirilməsi, törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlər barədə təhlillərin aparılması, hüquqi məsuliyyət tədbirlərinin müəyyən edilməsi, bu işə yerli və xarici QHT-lərin cəlb olunması tapşırılıb.

Həmçinin işğal nəticəsində ərazilərimizə, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi, onların fəaliyyətinin bərpası, müvafiq məhkəmələrin yaradılması ilə bağlı nazirliyin vəzifələri və digər konkret tədbirlər müəyyən edilib.
İclasda qeydiyyat məsələlərinə baxılıb. Gələcək Azərbaycan Partiyasının müraciəti əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu nazirlikdə öyrənilərək Kollegiyada partiyanın, habelə bir sıra qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunub.

Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Loading Bars
Xəbər lenti
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tutur - XİN
Sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
Azərbaycanda nəqliyyat ödəniş kartları köşklərdə satılacaq
Yay aylarında koronavirusla vidalaşa bilərik - Professor
6 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Nizami rayonunda bir gündə 12 ton çeşidlənmiş tullantı yığılaraq təhvil verilib (FOTO)
120 nəfərlik toy edənlər saxlanıldı (FOTO)
Reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artırılacaq
Zəngilan rayonunun Beşdəli kəndi (FOTO/VİDEO)
“GoldenPay” ASC-nin “Hesab Shop” layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib
Yaponiyalı milyarder Aya uçuş üçün komanda toplayır
Tanınmış tarixçi alim koronavirusdan vəfat edib
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Lahorda Xocalı soyqırımı qurbanları anılıb (FOTO)
Sənəti kasıbçılıqdan öyrənmişəm – usta ilə söhbət (FOTO)
Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA
Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən 9 nəfər saxlanılıb
"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
Bakıda avtomobil yanıb
Zəngəzurdan İrəvanadək bütün izlər məhv edilib - Erməni vandalizmi "Sahil Kərimli ilə Aktual" videolayihəsində
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir
Əfv komissiyasının növbəti iclasının vaxtı bilindi
DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib
Azərbaycan nefti ucuzlaşır
Azərbaycanda peyvənd olunanların sayı 300 mini ötüb
Daha 3 qazi və bir şəhid atasının əməliyyat xərcləri qarşılanıb (FOTO)
Bakı metrosunda bu tarixdə qatarlar işə salınacaq
Dəmir yolları ilə ötən il 14 milyon tondan çox yük daşınıb
AÇG və Şahdəniz yatağı üzrə builki gəlirlər açıqlanıb
Bakının mərkəzində quzu gəzdirən şəxslərlə bağlı DİN-dən açıqlama
Erməni vandallarının dağıtdığı tarixi-dini abidələr yenidən bərpa edilir - Pərvin Kərimzadə
Oralarda işləmək həm arzum, həm borcumdur – usta ilə söhbət (FOTO)
Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır
FHN əməkdaşları vaksinasiya üçün könüllü müraciət edə bilərlər - Rəis müavini
Pandemiyaya görə ayrılan vəsaitlərin auditi aparılır - Palata sədri
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Ermənistanda hakimiyyət dəyişikliyi 10 noyabr razılaşmasına təsir edə bilməz - SƏBƏBLƏR
Bu günə qədər 300-dən artıq FHN əməkdaşı vaksinasiya olunub
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Bir gündə cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Bu məktəb də 1 həftəlik bağlandı (ƏLAVƏ OLUNUB)
FHN əməkdaşlarının vaksinasiyası aparılır (FOTO/VİDEO)
Gəncədə 40 min manatlıq narkotik dövriyyədən çıxarılıb (FOTO)
Dövlət qulluğuna imtahanda qadınların göstəriciləri daha yüksək olub - DİM
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Pakistanın Baş qərargah rəisi Azərbaycanda səfərdədir
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir (FOTO)
Yaponiya 13 ölkədən giriş qaydalarını sərtləşdirəcək
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Bütün xəbərlər