Beş cəbhədə eyni vaxtda vuruşaraq qalib gələn Ali Baş Komandan

Beş cəbhədə eyni vaxtda vuruşaraq qalib gələn Ali Baş Komandan

Bakı. Trend:

Dünya ölkələrindən fərqli olaraq Azərbaycan 2020-ci ili tarixi Qələbə ilə başa vurur. Azərbaycanın Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Vətən müharibəsinə başladı və qalib gəldi. Torpaq həsrətinə son qoyuldu. Azərbaycan xalqı və Azərbaycan ordusu cənab İlham Əliyevin liderliyi ilə əsl qəhrəmanlıq və şücaət nümayiş etdirərək on illər boyu işğal altında qalan torpaqlarımızı düşməndən təmizlədi və tarixi ədaləti bərqərar etdi. İkinci dünya müharibəsindən sonra Azərbaycan itirilmiş torpaqlarını geri qaytarmağı və ərazi bütövlüyünü bərpa etməyi bacaran yeganə dövlət oldu.

Əminliklə deyə bilərik ki, 2020-ci ilin ən qətiyyətli və müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev, ən qəhrəman xalqı- Azərbaycan xalqı, ən cəsur, peşəkar və qalib ordusu isə Azərbaycan ordusudur.

Vətən müharibəsini qazanmaq və bütövlüyü pozulmuş ərazilərimizi bərpa etmək asanlıqla və sadə yolla başa gəlmədi. Ali Baş Komandan təkcə döyüş meydanında deyil, informasiya, diplomatiya, siyasət və intellektual meydanda da, yəni beş cəbhədə eyni vaxtda vuruşaraq, mübarizə apararaq, mücadilə verərək qələbə qazandı, düşmənə və onun güclü havadarlarına qalib gəldi.

İstərdim ki, cənab Prezidentin mübarizə apardığı bu beş cəbhə haqda fikirlərimi bölüşüm.

Döyüş meydanı

Həm xalqımız, həm də bütün dünya Ali Baş Komandanın yaratdığı şanlı Ordunun, onun əsgər və zabitlərinin qəhrəmanlığının, göstərdiyi igidliyin və qorxmazlığın şahidi oldular. Azərbaycan ordusu 21-ci əsrdə müharibənin necə sürətli, peşəkar və az itki verməklə aparılmasının müasir və yeni formasını dünyaya nümayiş etdirdi. Biz bilirik ki, Ali Baş Komandan bütün döyüş əməliyyatlarını şəxsən təsdiq edərək onların uğurla həyata keçirilməsinə rəhbərlik edib. Dünyanın tanınmış hərbi ekspertlərinin yekdil fikri budur ki, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın işğaldan azad edilməsi əməliyyatları müasir hərb tarixinin ən parlaq və texnoloji yenilikləri ilə dolu hərbi əməliyyatları kimi dərsliklərə və tarixə düşəcək. Bu əməliyyatlar nəticəsində qısa müddət ərzində düşmənin 30 ildə yaratdığı və möhkəmləndirdiyi hərbi istehkamları, ordusu və texnikası məhv edildi, 300 -dən çox kənd, qəsəbə və şəhər azad edildi, Ermənistan ağır məğlubiyyətə uğradı.

İnformasiya meydanı

Ali Baş Komandan Vətən müharibəsi dövründə dünyanın əksər aparıcı televiziya kanallarına və media nəhənglərinə verdiyi müsahibələrdə mükəmməl bilik və peşəkarlıq nümayiş etdirdi. Xüsusi “ev tapşırıqları” ilə müsahibə götürməyə gələnlərin, açıq və ya dolayısı ilə ermənilərin maraqlarına xidmət edənlərin bütün anti-Azərbaycan tezislərini və yalanlarını soyuqqanlı şəkildə tam sıradan çıxaran cənab İlham Əliyev informasiya müharibəsində vəziyyəti tezliklə ölkəmizin xeyrinə dəyişməyi bacardı.

Bu informasiya savaşında Azərbaycan dünya erməni lobbisinin və diasporunun son 100 ildə yaratdığı informasiya cəbhəxanasını yardı və düşmənin təbliğat maşınını əzib keçdi. Təsadüfi deyil ki, Ermənistanın prezidenti Aram Sarkisyan və bir çox erməni ekspertləri informasiya savaşında da Azərbaycana uduzduqlarını etiraf etdilər. Bu ermənilərin informasiya savaşında Azərbaycana uduzduqlarının ilk acı etirafı idi.

Ermənilərin çox güclü olduğu və hər zaman kənardan dəstək aldığı bu informasiya savaşını qazanmasaydıq, bizə qarşı kim bilir, hansı ağır sanksiyalar üçün nələr uyduracaq və bəhanələr icad edəcəkdilər. Lakin informasiya savaşını qazanmağımız hərb meydanında sona qədər getməyimizə və qələbə çalmağımıza çox kömək etdi.

Diplomatiya meydanı

Cənab Prezident dünya ölkələri və beynəlxalq təşkilatlarla qurduğu uğurlu diplomatik əlaqələrdən və dostluq münasibətlərindən müharibə dövründə çox çevik və effektiv şəkildə istifadə etdi.

Müharibədən bir neçə gün öncə BMT Baş Assambleyasında cənab Prezidentin tarixi çıxışı, bu tribunadan istifadə edərək Ermənistanın yeni hücum planı haqqında dünyanı xəbərdar etməsi ölkəmizə qarşı ola biləcək hər hansı bir neqativ addımın öncədən qarşısının alınmasına ustalıqla hesablanan çox əhəmiyyətli diplomatik gediş idi.

Görülən işlər nəticəsini verdi. Bütün region ölkələri və bir sıra Avropa dövlətləri Azərbaycanın haqq işini birmənalı dəstəklədilər. Qardaş Türkiyənin tarixdə görünməmiş siyasi və diplomatik dəstəyi bölgədə güc balansını təmin etdi və kənar müdaxilənin qarşısını aldı. Heç bir beynəlxalq təşkilat milli maraqlarımıza zidd addım atmadı. Əksinə, Qoşulmama Hərəkatı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı və GUAM kimi təşkilatların tam dəstəyinin əldə edilməsi bizi daha da güclü etdi.

Savaşın ən qızğın vaxtında, oktyabrın 19-da ATƏT-in Minsk üçlüyünün BMT Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə qəbul etmək istədikləri qətnamənin qarşısının alınması isə Azərbaycan Liderinin diplomatiya meydanında qazandığı şanlı qələbə hesab olunmalıdır. Əgər Təhlükəsizlik Şurası Azərbaycan əleyhinə qətnamə qəbul etmiş olsaydı, bu, Vətən müharibəsində irəli getməyimizə mane ola və qələbəmizi çətinləşdirə bilərdi.

Nəhayət, diplomatik meydanda Ali Baş Komandanın əldə etdiyi ən böyük qələbə 10 noyabr anlaşmasının imzalanması və Ermənistanın kapitulyasiyasının rəsmiləşdirilməsi oldu. Bu anlaşma müharibədə əldə etdiyimiz nailiyyətlərin qəbulu və etirafı idi. Bəşər tarixində kifayət qədər faktlar var ki, döyüş meydanında uğurlar əldə edən və torpaqlar qazanan ölkələr əldə etdiklərinin heç də hamısını masada qəbul etdirə bilməyiblər, başqa sözlə desək, döyüşdə qazandıqlarını masada itiriblər. Ancaq cənab İlham Əliyev döyüşdə qazandığını 10 noyabr anlaşması ilə həm təsdiq etdirdi, həm də Ağdam, Kəlbəcər və Laçını heç bir itki bir vermədən geri almağı bacardı.

Siyasət meydanı

Ali Baş Komandan xalqın bütün təbəqələrini, siyasi partiyaları, QHT-ləri, cəmiyyətin tənqidçi kəsimini, bir sözlə hər kəsi Vətən və Qələbə naminə bir ayara gətirə bildi. Siyasi platformasından və dünya görüşündən asılı olmayaraq hamı bir nəfər kimi Ali Baş Komandanın və Ordunun ətrafında yumruq kim birləşdi.

Məlumdur ki, bəzən müharibənin nəticələrini tam olaraq proqnozalşdırmaq mümkün olmur, çünki döyüşlər zamanı xoşagəlməz sürprizlər və fors-major hallarla üzləşmək təhlükəsindən heç kim sığortalanmır. Lakin müharibənin başlaması haqqında çox məsuliyyətli və tarixi qərar verən cənab Prezident sona qədər siyasi iradə və qətiyyət göstərərək bütün xarici təzyiqlərə sinə gərdi və başladığı işi qələbəyədək çatdırmağı məharətlə bacardı. Cənab İlham Əliyev tarixin bu ağır sınağından alnıaçıq, üzüağ və şərəflə çıxdı, Vətən müharibəsində qalib gəldi və Müzəffər Ali Baş Komandan kimi adını tarixə qızıl hərflərlə əbədi yazdırdı.

Prezidentin xalqa etdiyi açıq və səmimi müraciətlər, bütün məsələlərin ictimaiyyətlə bölüşməsi həm orduda, həm də xalqda döyüş ruhunu və vətənpərvərlik hissini görünməmiş dərəcədə yüksəltdi, qələbəyə inamı artırdı və nəticədə xalq-dövlət birliyi “Dəmir Yumruq” olaraq düşmənin başını əzdi, belini qırdı.

Cənab İlham Əliyevin həm xalqa müraciətində, həm də xarici mətbuata verdiyi müsahibələrində Paşinyanı və Ermənistanın keçmiş və hazırkı hərbi-siyasi rəhbərliyini ifşa etməsi, onları gülüş hədəfinə çevirməsi düşmənə vurulan çox ciddi siyasi və psixoloji zərbə idi. Dövlət başçısının xalqa hər müraciətində dediyi sözlərin çoxu dillərdə əzbər oldu, aforizmə çevrildi və xalq yaradıcılığı formasında insanların yaddaşlarında əbədiləşdi.

İntellektual meydan

İntellektual baxımdan cənab İlham Əliyevin Ermənistanın baş naziri və prezidenti də daxil olmaqla düşmən ölkənin bütün siyasi elitasının kollektiv intellektindən üstün olması bizə əlavə dividenlər gətirdi, qələbəmizə ciddi töhvə verdi.

Təsadüfi deyil ki, Vətən müharibəsi dövründə hətta, bəzi ermənipərəst ekspertlər, Azərbaycana o qədər də müsbət münasibəti olmayan siyasətçilər cənab Prezidentin yüksək intellektini, təhsilini və zəngin dövlətçilik təcrübəsinə malik olmasını etiraf etmək məcburiyyətində qaldılar, Azərbaycan liderinin intellekt savaşında açıq-aşkar Ermənistana qalib gəldiyini bildirdilər. Həqiqətən də, hamı Prezidentimizin nə qədər hazırlıqlı, savadlı, uzaqgörən və müdrik dövlət rəhbəri olduğuna bir daha şahidlik etdi.

Əlbəttə, bütün bunların hamısı heç şübhəsiz ki, Qələbəmizi şərtləndirən əsas amillər idi. Xalqımız bu gün sözün əsl mənasında xoşbəxt xalqdır, qəhrəman xalqdır və qalib xalqdır.

Bu tarixi xoşbəxtliyi bizə yaşadan böyük Dövlət Adamı və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir və xalqımız öz Lideri ilə qürur duyur və Ona sonsuz minnətdarlığını bildirir.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Azay Quliyev

Milli Məclisin deputatı

Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
Prezidentin mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu - Deputat
Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır
Azərbaycanın qlobal proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib - Deputat
Bakı və Abşeronda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri - SİYAHI
Qubadlı rayonunun Əfəndilər kəndi (FOTO/VİDEO)
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq - Sahil Babayev
Azərbaycan nefti ucuzlaşıb
Karantini pozan kafenin icarədarı və müştərilər cərimələnib (FOTO)
Çexiyada koronavirusa görə hərəkət 3 həftəlik məhdudlaşdırılır
Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır - Nazirlik
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri həbs edilib (FOTO)
Bakı və Abşeronda "Kənddən Şəhərə" yarmarkası keçirilir - ÜNVANLAR
Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq
Gəncədə yük avtomobili yanıb
Qərbi Azərbaycandakı 8000 abidəmizin çoxunu ermənilər dağıdıb (FOTOFAKT)
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
Bakıda avtomobil təmiri sexi yanıb
ABŞ-da Xocalı qətliamının xatirəsinə həsr olunmuş panel müzakirəsi keçirilib (FOTO)
İsveçrə sakini lotereyada 210 milyon avro qazandı
ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
Azərbaycan səfirliyinin məlumatı ABŞ mətbuatında geniş yayılıb
Tereza Mey koronavirusa qarşı peyvənd olundu
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər davam edir
İsraildə koronavirusa yoluxanların sayı 770 min nəfərə çatır
Azərbaycan mətbəxi ABŞ mediasının diqqət mərkəzində (FOTO)
Dünyada koronavirusdan ölənlərin sayı 2,5 milyon nəfəri ötüb - ÜST
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan rəsm sərgisi keçirilib (FOTO)
Argentinanın səhiyyə naziri koronavirusa yoluxub
Kanadada koronavirusa qarşı "AstraZeneca" peyvəndinin istifadəsinə icazə verilib
ABŞ Səudiyyə Ərəbistanının 76 vətəndaşına qarşı viza məhdudiyyətləri tətbiq edib
Britaniyada daha 8 523 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
Prezident İlham Əliyev: Ermənistana “İsgəndər” raketləri veriləndə mən demişdim ki, bu, düzgün addım deyil
Prezident İlham Əliyev: 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir
Prezident İlham Əliyev: Zəngilan rayonunun üç kəndində “ağıllı kənd” layihəsi həyata keçiriləcək
Strasburqda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbirlər keçirilib (FOTO)
Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim
Bakıda iki minik avtomobili toqquşub
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
Bütün xəbərlər