...

Bundan sonra yeni bir mərhələ - quruculuq dövrü başlayır - Spiker

Siyasət Materials 12 Yanvar 2021 15:53 (UTC +04:00)
Bundan sonra yeni bir mərhələ - quruculuq dövrü başlayır - Spiker

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ilin ən əsas hadisəsi və ən əsas nəticəsi Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər, torpaqlarımızın işğaldan azad olunmasıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Vətən müharibəsində əldə olunmuş qələbə nəinki 2020-ci ilin ən yaddaqalan hadisəsidir, eyni zamanda, tariximizə parlaq hərflərlə yazılmış, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq möhtəşəm bir qələbədir:

"Bundan sonra yeni bir mərhələnin – quruculuq dövrünün başlandığını qeyd edən xanım Spiker deyib ki, bu dövrdə görüləcək tədbirlər, qarşıda duran vəzifələr müşavirədə cənab Prezident tərəfindən aydın şəkildə ifadə edildi və əminəm ki, bu vəzifələrin yerinə yetirilməsi Azərbaycanın uğurla, inamla inkişafına töhfə verəcək".

Xəbər lenti

Xəbər lenti