...

Rafiq Hüseynovun həyat yoldaşı Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib

Siyasət Materials 29 Yanvar 2021 13:27 (UTC +04:00)
Rafiq Hüseynovun həyat yoldaşı Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Trend-ə açıqlamasında Güllü Hüseynova qeyd edib ki, R.Hüseynov hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir:

“Hazırda özüm də buradayam, həkimlər hər dəqiqə bizə məlumat verirlər, Rəmişin müalicəsini diqqətdə saxlayırlar. Rəmişin müalicəsinin diqqətdə saxlanılmasına görə ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti