...

ABŞ-ın xüsusi nümayəndəsi Körfəz ölkələrinə səfər edəcək

Siyasət Materials 23 Fevral 2021 04:26 (UTC +04:00)
ABŞ-ın xüsusi nümayəndəsi Körfəz ölkələrinə səfər edəcək

Bakı. Trend:

ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Linderkinq 22 fevral - 3 Mart tarixlərində edilən səfəri zamanı bir sıra Körfəz ölkələrinin səlahiyyətliləri ilə görüşəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət departamenti mətbuat xidmətinin açıqlamasında deyilir.

"Xüsusi nümayəndə Linderkingin müzakirələri ABŞ-ın Yəməndəki münaqişəyə son qoyulmasına ikitərəfli yanaşma, [xüsusilə] uzunmüddətli siyasi həll və yəmən xalqına humanitar yardım məsələlərində cəmləşəcək", - məlumatda deyilir.

Bildirilir ki, nümayəndə səfər çərçivəsində BMT Baş katibinin Yəmən üzrə xüsusi səfiri Martin Qriffitslə də görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti