...

Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI

Siyasət Materials 25 Fevral 2021 18:45 (UTC +04:00)

Ağdam. Elçin Mehdiyev, Aslan Məmmədli – Trend:

Bir qrup rusiyalı jurnalist işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfərə gəlib.

“Vestnik Kafqaza” İnformasiya Agentliyinin təmsilçisi, Moskva Dövlət Universitetinin Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev Trend-TV-yə bildirib ki, jurnalistlərin bura gəlməsində məqsəd işğaldan azad edilmiş ərazilərdəki vəziyyət barədə videoreportaj hazırlamaqdır:

“Məqsədimiz ondan ibarədtir ki, buradakı real vəziyyəti Rusiya cəmiyyətinə təqdim edək. Biz deyəndə ki, orada vəziyyət belədir, dağıntılar var, insanlar inanmırdılar. Deyirlər ki, necə ola bilər ki, XX əsrin sonu XXI əsrin əvvəlində torpaqlar işğal edilsin, orada şəhərlər dağıdılsın, bunun məqsədi nədən ibarət olar bilər?!

Yol boyu mən susdum, dedim qoy onlar özləri baxsınlar. Dəhşətə gəldilər ki, nəyə görə bunu ediblər?! Belə adamların bura gəlməyi, özləri tərəfindən belə reportajların hazırlanmağı, Moskvada bunların göstərilməsi çox yaxşı haldır. Gələnlər arasında tanınmış fotoqraflar da var. Məqsədimiz buradakı vəziyyəti Rusiya ictimaiyyətinə çatdırmaqdır. Nə qədər çox həqiqətləri çatdırsaq, bizi başa düşmək istəyən insanların sayı artacaq”.

"Ağdamdakı dağıntılar dəhşətli bir təəssürat yaradır. Burada bir dənə də olsun ev qalmayıb. Onlarla kilometr kənd dağıdılıb".

Bunu isə Ağdamda olan digər jurnalist Giorgi Saralidze deyib.

“Ötən əsrin 80-ci illərinin ortalarında atamla birlikdə bu ərazilərdə olmuşam. Çiçək açan bir torpaq idi. İndi gördüklərimdən çox depressiyaya düşmüşəm. Bu, sadəcə bir kabusdur.

Sovet İttifaqı dövründə çoxlarının tanıdığı Ağdam kimi bir şəhər yoxdur. Bu dəhşətli bir təəssürat yaradır və ən başlıcası bunun niyə edildiyini başa düşə bilmirəm. Bu mənim üçün bir sirrdir” - deyə o bildirib.

Trend TV reportajı təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti