Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib (YENİLƏNİB-2) (FOTO/VİDEO)

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib (YENİLƏNİB-2) (FOTO/VİDEO)

Bakı. Trend:

Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda videoformatda çıxış edib.

Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan əvvəlcə sammit iştirakçılarını salamladı və Azərbaycanın Qələbəsi münasibətilə təbriklərini çatdıraraq dedi:

-Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm.

Pakistanın Baş naziri belə çətin bir zamanda Zirvə toplantısının təşkilinin birgə səylər sayəsində mümkün olduğunu qeyd etdi. Pakistan hökumətinin başçısı çıxışında təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğuladı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin təşkilata sədrliyi dövründə görülən işlərdən danışdı. O, bir çox sahələrdə tənəzzülə səbəb olan pandemiyaya yalnız həmrəylik, regional əməkdaşlıq sayəsində qalib gəlməyin mümkün olduğunu qeyd etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğal altında qalan torpaqlarını uğurla azad etdiyini bildirərək dedi:

-Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını şanlı bir Zəfərlə azad etmiş, bölgədə yeni bir dövrün qapılarını açmışdır. Bundan sonra hədəfimiz Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu prosesdə də təşkilat olaraq Azərbaycan ilə tam həmrəylik içində olacağımıza inanıram. Ermənistanın da atacağı sülhsevər addımlarla regional sabitliyin bir hissəsi olacağına ümid edirik. Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleymanpur qarşıda duran vəzifələrdən danışaraq təşkilat çərçivəsində iqtisadi-ticari əlaqələrin inkişafının prioritet olduğunu vurğuladı. Baş katib investisiyaların stimullaşdırılması zərurətindən danışdı, pandemiya ilə mübarizədə kollektiv səylərin əhəmiyyətini vurğuladı. Hadi Suleymanpur Azərbaycanı parlaq Qələbəsi münasibətilə təbrik edərək dedi:

-Mən mərhum Prezident, zati-aliləri Heydər Əliyevin təşəbbüsü olan Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılmasına görə Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyevi təbrik edirəm. Bu, təşkilatı çoxşaxəli etmək məqsədilə İƏT ailəsi üçün böyük bir nailiyyətdir. Gəlin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda həyatlarını qurban vermiş azərbaycanlı şəhidlərin xatirəsini də yad edək.

Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış edərək dedi:

-Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrin baxışlarının həyata keçirilməsi üçün mühüm platforma olduğunu deyən Məhəmməd Əşrəf Qani pandemiyanın mənfi təzahürlərinin minimuma endirilməsi üçün regional əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini dedi.

Prezident Rəcəb Tayyib Ərdoğan: Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti, mənim qardaşım İlham Əliyevə söz vermədən öncə deyim ki, həqiqətən də 30 illik işğal baş vermişdir və orada olan milyonlarla azərbaycanlı qardaşımız, bildiyiniz kimi, öz torpaqlarından qovulmuşdur. Onlar təxminən 30 il idi ki, öz doğma torpaqlarından uzaqda yaşayırdılar. Əfsuslar olsun ki, Minsk qrupu heç bir nəticə əldə edə bilməmişdir və buna görə İlham Əliyevin rəhbərliyi ilə bizim azərbaycanlı qardaşlarımız bu torpaqları işğaldan azad etmişdir. İndi infrastruktur üzrə hazırlıq işləri davam edir və tezliklə bu torpaqların həqiqi sahibləri öz ərazilərində yaşayacaqlar. İndi isə sözü, mənim əziz qardaşım, Azərbaycan Prezidenti hörmətli İlham Əliyevə verirəm. Söz sizindir.

Prezident İlham Əliyevin çıxışı

-Əziz qardaşım, əziz Prezident cənab Ərdoğan.

Mənə söz verdiyiniz zaman səsləndirdiyiniz fikirlərə görə Sizə təşəkkür edirəm.

Bütün həmkarlarımızın diqqətinə çatdırmaq istərdim ki, Prezident Ərdoğanın yalnız müharibə vaxtı deyil, ümumiyyətlə, Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana davamlı dəstəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynamışdır.

Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur. Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır. Əvvəllər də çox demişəm, indi də bir daha bildirmək istərdim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir.

Hörmətli cənab sədr, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli cənab baş katib.

Əvvəlcə, mən bir daha əziz qardaşlarıma, Prezident Ərdoğana, Prezident Əşrəf Qaniyə, Baş nazir İmran Xana Azərbaycanın Qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürümü bildirmək istərdim.

Qardaş Türkiyəni İqtisadi Əməkdaşlıq Təşkilatında uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdim. Yeni sədr ölkə kimi qardaş Türkmənistana uğurlar arzulayıram.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Bu gün burada İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayacağıq. Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.

2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi Zəfər siyasi yollarla tam təmin edildi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk.

Ötən il sentyabrın 27-də və 28-də - müharibənin birinci və ikinci günü qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər. Mən bizi dəstəklədiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, müharibə dövründə bizi dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına da təşəkkür edirəm.

İşğal zamanı Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtmışdır. Bizim məscidlər donuz və inək saxlanılan yerlərə çevrilmişdir. Bütün bunların foto və videoları internetdə var. Bu, bütün İslam dünyasına qarşı düşmənçilikdir. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilmişdir. Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən İslam ölkələrini birliyə çağırmışıq. Azərbaycan İslam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz islamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini - sülh, tolerantlıq və ədaləti təşviq etməliyik. Bu mənada, qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının martın 15-nin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışlayırıq.

Hazırda qarşımızda azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifə dayanır. Biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracağıq, mədəni və dini abidələrimizi bərpa edəcəyik.

Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olmuşdur. Azərbaycan ötən il hazırda sədrlik etdiyi iki beynəlxalq təşkilatın - Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu təşəbbüslər bizim beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyimizi bir daha nümayiş etdirmişdir.

Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı etmişik. Azərbaycan koronavirusla əlaqədar dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı edib.

Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb. Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik. Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq.

Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm.

Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq.

Artıq qeyd etdiyim kimi, Azərbaycanın Ermənistan üzərində şanlı Qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı.

Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.

Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik.

Diqqətinizə görə sağ olun.

Prezident Rəcəb Tayyib Ərdoğan: Mənim əziz qardaşım, çox dəyərli fikirlərinizə və mülahizələrinizə görə çox sağ olun. Siz bu problemli və ağrılı dövrü uğurla geridə qoymusunuz. Bu günləri arxada qoyduğunuzu görməyə çox şadıq. İndi isə Dağlıq Qarabağdakı torpaqların sahiblərinin öz doğma yurdlarına qayıtmasını təmin etmək vaxtıdır.

Daha sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Şimali Kiprin Prezidenti Ersin Tatar və Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak çıxış etdilər.

Sonda İqtisadi Əməkdaşlıq Təşkilatının Araşdırma Mərkəzinin Nizamnaməsi imzalandı.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısı Türkmənistanda keçiriləcək.

SOCAR Sberbank Publik Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsinin kapitalından çıxır
SOCAR Sberbank Publik Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsinin kapitalından çıxır
Rektor: Distant təhsil universitetlərin inkişafı baxımından ciddi çağırış yaratdı
Rektor: Distant təhsil universitetlərin inkişafı baxımından ciddi çağırış yaratdı
Aprelin 23-nə USD/AZN rəsmi məzənnəsi
Aprelin 23-nə USD/AZN rəsmi məzənnəsi
Loading Bars
Xəbər lenti
Xəzər rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib
Cənubi Koreyada Rusiyanın balıqçı gəmisi yanıb
SOCAR Sberbank Publik Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsinin kapitalından çıxır
Rektor: Distant təhsil universitetlərin inkişafı baxımından ciddi çağırış yaratdı
ABŞ 2050-ci ilədək parnik qazlarının atmosferə tullantılarının həcmini sıfıra endirəcək - Bayden
Aprelin 23-nə USD/AZN rəsmi məzənnəsi
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı daha 3 ay artırıldı
Azərbaycan İsraildə turizm bürosu açacaq
Azərbaycanın əməkdar pilotları Qarabağa uçuşları səbirsizliklə gözləyir (VİDEO)
Zərdabda reyd: 31 sürücü cərimələndi (FOTO)
Kütləvi immunitetə yaxınlaşırıq - Adil Qeybulla
Gədəbəydə yeni yaradılan 4 kartof sortunun əkininə başlanılıb (FOTO)
İşğal dövründə vurduğu ziyana görə Ermənistanı beynəlxalq məhkəməyə verməliyik - Politoloq
Türkiyəli mütəxəssislər AQTİ laboratoriyaları ilə tanış olublar (FOTO)
Akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək
Palçıq Vulkanları Turizm Kompleksinin binası krater formasında olacaq
DİN vətəndaşları kibercinayətkarlara qarşı ayıq-sayıq olmağa çağırdı
Havada müşahidə olunan toz lokal xarakter daşıyır - Nazirlik
Sankt-Peterburqdan Bakıya uçuşlar üçün icazə verilib
Yevlaxın içməli su təchizatı sistemi yenidən qurulur
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb (FOTO)
Vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi artıb - Nazir
Azərbaycan qanunvericiliyi xəstəlikdən əziyyət çəkən şəxslərin işəgötürülmə hüquqlarını və sosial müdafiəsini təmin edir - Könül Nurullayeva
Ağdamda tarixi abidələrin vandalizmə məruz qaldığını gördük - Yasin Yakuti
Belarus Azərbaycana traktorların yığılması üçün komplekt hissələr tədarük edəcək
Ağdam tamamilə dağıdılaraq, demək olar ki, xəritədən silinib - Fransalı hüquqşünas
Cəbrayıl rayonunun Şahvələdli kəndi (VİDEO)
Bakı limanının əməkdaşları peyvənd olunur (FOTO)
Azərbaycan Rusiya ilə birgə avtomobil istehsal edəcək - Müəssisə işə başladı
Hərarəti yüksək olan bir abituriyent imtahana buraxılmadı
Yem satışı mağazasında nöqsanlar aşkarlanıb (FOTO)
Bu abituriyentlərin nəticələri ləğv olunacaq - DİM
ABŞ Türkiyənin simasında həqiqi müttəfiqlə uydurulmuş tarix arasında seçim etməlidir - Türkiyə PA
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Azərbaycana qayıtdı (FOTO)
Orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib
Güləşçimiz qitə birinciliyində bürünc medal uğrunda yarışacaq
Fransalı hüquqşünaslar Ağdamda səfərdədilər (FOTO)
Aqroparkların yaradılması ölkəmizin idxaldan asılılığını xeyli azaldır - Deputat
"Yeni Klinika" və Modul Tipli Xəstəxananın rəhbərlərinin həbs görüntüləri yayıldı (VİDEO)
AİB Azərbaycanda innovativ pilot layihə tətbiq edir
Müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlara yardım davam edir
Vaksinasiya prosesində nöqsanlara yol verən daha 2 nəfər işdən azad edildi (VİDEO)
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Soros “demokratiyasının” iç üzü
Azərbaycanla Ermənistan arasındakı razılaşma yeni səhifə üçün vacib imkandır - Hulusi Akar
Azərbaycan təbii qaz ixracını üç dəfədən çox artırıb
İranda koronavirusdan gündəlik ölüm sayı sürətlə artır
Yollarda Qarabağa doğru istiqamət və məsafəni bildirən lövhələr quraşdırılır (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər (FOTO) (YENİLƏNİB)
213 kiloqramdan artıq heroinin sərhəddən keçirilməsinin qarşısı alındı (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - Faktiki hava
Yazlıq əkinləri və meyvə bağlarının bəyanı mayın 31-də başa çatacaq
Vaksinasiya noyabrdakı pik yoluxmanın təkrarlanmasının qarşısını aldı - TƏBİB rəsmisi (VİDEO)
Qarabağla bağlı üçtərəfli bəyanat insan haqlarının müdafiəsi istiqamətində vacib addımdır - Almaniya XİN
Azərbaycan Ermənistanın istənilən təhdidinə layiqli cavab verəcək - Deputat
Sərhəddə 122 kiloqram heroin saxlanılıb
Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədib - DSX
Azərbaycan nefti bahalaşıb
Həkim məsləhəti olmadan antibiotik istifadəsi ağırlaşmaya səbəb ola bilər
Koronavirusu simptomsuz keçirən xəstələr həkim nəzarətində olmalıdır - Nazirlik
Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edildi
Ermənistanın hərbi cinayətləri davam edir - Səttar Möhbalıyev
"Aztelekom"a yeni təyinat olub
“Bank Respublika”nın kredit və depozit portfeli əhəmiyyətli dərəcədə artıb
Ermənilər Suqovuşan ərazisində daha çox plastik mina basdırıb - ANAMA (VİDEO)
Lukaşenko Rusiyaya səfər edib
Göyçayda narkotik alverçisi evlərdən oğurluq etdi (FOTO)
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib (FOTO)
Suqovuşan və Talışkəndə işıq çəkilişi üçün ərazi minalardan təmizlənir (FOTO)
Ağdamda mağazadan 20 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
ABŞ səfiri Rusiyanı tərk edib
“Göygöl-I” gil yatağı ilə bağlı hərrac keçirilib, qalib şirkət müəyyənləşib
Hövsan qəsəbəsində daha bir yol təmir olundu (FOTO)
Bitərəf deputatların MSK üzvlüyünə namizədləri müəyyən edilib (SİYAHI) (ƏLAVƏ OLUNUB)
Daha bir koronavirus xəstəxanasının rəhbəri həbs edildi
Baş Şirvan kollektoru qanunsuz balıq torlarından təmizlənib (FOTO)
Füzulidə Hava Limanının tikintisi sürətlə davam edir - Trend TV-nin REPORTAJI
Azərbaycanda xüsusi təyinatlı texnika üçün mühərrik yağı istehsal olunacaq
Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb
Elmar Qasımov İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb (FOTO)
Türkiyəli mütəxəssislər AQTİ laboratoriyaları ilə əməkdaşlığa cəlb olunub
Ötən gün ölkədə 33 yanğın olub, 2 nəfərin meyiti aşkarlanıb
Yerevanda etirazçılar özlərini hökumət binasına qandalladı (VİDEO)
Bu gün bitərəf deputatlar MSK üzvlüyünə namizədləri müəyyənləşdirəcək
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Gədəbəy polisi reyd keçirdi, qayda pozan sürücülər cərimələndi
“Yeni klinika”nın direktoru həbs edildi
Suqovuşanda Ağıllı Şəbəkə Konsepsiyası tətbiq edilir (VİDEO)
Azərbaycanda "Wolt”la bağlı araşdırmalara başlanılıb
Ötən gün ictimai yerlərdə daha 3 koronavirus xəstəsi saxlanılıb
Kapital Bank kiçik və orta sahibkarlara maliyyələşmə üçün onlayn sifariş xidmətlərini təklif edir
Aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib
Ekvadorda fövqəladə vəziyyət elan edilib
BDYPİ yol polislərinin görünməyən yerdə dayanması məsələsinə aydınlıq gətirdi
Aprelin 22-də xarici valyutaların manata qarşı məzənnələri
Bütün xəbərlər