...

ABŞ presidentinin Yaponiyanın baş naziri ilə görüşü 9 apreldə baş tuta bilər

Siyasət Materials 14 Mart 2021 08:05 (UTC +04:00)
ABŞ presidentinin Yaponiyanın baş naziri ilə görüşü 9 apreldə baş tuta bilər

Bakı. Trend:

Yaponiyanın Baş naziri Yoşihida Suqa və ABŞ Prezidenti Cozef Baydenin ilk görüşü 9 aprel tarixində Vaşinqtonda keçirilə bilər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Yomiuri" qəzeti məlumat verib.

Hazırda iki ölkə hökumətləri tərəfindən müvafiq məsələ üzrə hazırlıq işləri aparılır. Suqanın 8 apreldə Yaponiyanı tərk edəcəyi və 10 apreldə ölkəyə dönəcəyi gözlənilir. Eyni zamanda, ABŞ-da onun iştirakı ilə planlaşdırılan tədbirlərin sayı koronavirusun yayılmasının qarşısını almaq tədbirləri çərçivəsində məhdudlaşdırılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti