...

Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev

Siyasət Materials 10 Aprel 2021 14:21 (UTC +04:00)
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanı torpaqlarının azad edilməsi münasibətilə təbrik edirəm. Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.

“Çox şadıq ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik” - deyə, o vurğulayıb.

B.Amreyev əlavə edib ki, türkdilli dövlətlər, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti