...

Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu - Pərvin Kərimzadə

Siyasət Materials 16 Aprel 2021 08:19 (UTC +04:00)
Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu - Pərvin Kərimzadə

Bakı. Trend:

Azərbaycan tarixi, əzəli-əbədi torpaqlarında bütün beynəlxalq təşkilatlar tərəfindən tanınan əraziləri uğrunda BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq (BMT üzvü olan hər bir ölkə silahlı hücuma məruz qaldığı halda özünümüdafiə hüququna malikdir) mübarizə apardı. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin birmənalı şəkildə işğal olunmuş torpaqlarımızı tərk etməsi haqqında icra olunmayan 4 qətnaməsini yerinə yetirdi. Azərbaycanın atdığı hər bir addım beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandı. Bütün proseslərdə, o cümlədən danışıqlarda da Azərbaycan hər zaman konstruktiv və ardıcıl mövqe nümayiş etdirdi. Məhz buna görə də siyasi təhlilçilər tərəfindən Azərbaycan Ordusunun öz torpaqlarında həyata keçirdiyi hərbi əməliyyatlar, dövlətimizin başçısının da vurğuladığı kimi, sülhə məcburetmə əməliyyatı adlandırıldı. Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almadı, dinc sakinlərə zərər vermədi.

Hərtərəfli məğlubiyyətə uğrayan işğalçı Ermənistan hakimiyyəti isə məğlubiyyətini ört-basdır etmək üçün ciddi təxribatlara əl atdı. Ermənistan elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini dəfələrlə pozaraq, dinc sakinlərimizi bilərəkdən hədəfə aldı, öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq cəbhəboyu və döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərimizi ağır artilleriya atəşinə tutdu, yaşayış məntəqələrinə ballistik raketlər atdı. Mülki əhalinin hücuma məruz qalması 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının tələblərinin birbaşa pozulmasıdır. Halbuki, Ermənistan özü də bu Konvensiyanı ratifikasiya edib. Konvensiyanın məzmununa görə, Ermənistan üzərinə ehtimal olunan münaqişə zamanı heç bir halda mülki əhalini hədəf almamaq və onların müdafiəsini təşkil etmək öhdəliyi götürüb.

Beynəlxalq hüquq və sənədlərə görə, ermənilərin müharibə zamanı mülki əhaliyə qarşı etdikləri terrordur. Dinc əhalini, mülki vətəndaşları atəş altında saxlayan erməni hərbçiləri Azərbaycanın döyüş bölgəsindən xeyli kənarda yaşayan insanları məqsədli şəkildə hədəfə alaraq terrorçu mahiyyətlərini bir daha təsdiq etdilər. Müharibə zamanı beynəlxalq ictimaiyyət erməni barbarlığının şahidi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bu məsələni bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, ermənilərin barbarlıq, terrorçu xislətini yenidən ifşa etdi. Gecə vaxtı Gəncə şəhərinə qarşı ballistik raketdən istifadə onların barbarlığını açıq-aydın nümayiş etdirirdi. Çünki bu ballistik raketin hədəfi var idi. Onun yaşayış yerinə düşməsi təsadüf deyil. Bu, insanların gecə yatdığı vaxt həyata keçirilən məqsədli hücum idi və hərbi əməliyyatlardan uzaqda yerləşən Gəncə bir neçə dəfə raket hücumuna məruz qaldı. Ümumiyyətlə, müharibə dövründə Azərbaycanın müxtəlif şəhərləri hər hansı bir legitim hədəflər müəyyənləşdirilmədən raket zərbələrinə məruz qalırdı. Burada da yalnız bir məqsəd – mülki insanları öldürmək, onlar arasında maksimum dərəcədə tələfata nail olmaq, təşviş, qorxu yaratmaq idi.

Azərbaycanın müharibə dövründə də məsuliyyətli ölkə kimi davranmağı bacard; Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi də aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə davrandılar və mülki vətəndaşlara zərər yetirmədilər. Azərbaycan haqq mübarizəsi apardı, tarixi ədaləti bərpa etdi. Tarixin şərəfli anlarını yaşadığımız dövrdə bir daha əmin olduq ki, müstəqilliyimiz əmin əllərdədir, xalqımızın milli birliyi sarsılmazdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti