...

Vətən müharibəsi qəhrəmanlarına güzəştlər edilir – Məcəlləyə dəyişiklik

Siyasət Materials 5 May 2021 16:19 (UTC +04:00)
Vətən müharibəsi qəhrəmanlarına güzəştlər edilir – Məcəlləyə dəyişiklik

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda Vətən müharibəsi qəhrəmanları ilə bağlı Vergi Məcəlləsinə və Əmək Məcəlləsinə dəyişiklik edilir.

Trend-in məlumatına görə, qanuna təklif edilən dəyişikliklər Milli Məclisin müvafiq komitələrində müzakirə edilib.

Vergi Məcəlləsinin 102-ci maddəsinə (Gəlir vergisindən azadolmalar və güzəştlər) təklif edilən dəyişikliyə əsasən, Vətən Müharibəsi qəhrəmanları hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılan şəxslərin sırasına daxil edilir.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə Vətən Müharibəsi qəhrımanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti