...

Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)

Siyasət Materials 12 May 2021 20:59 (UTC +04:00)
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 12-də Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı məktəbin təməlini qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, 1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin bünövrəsi məhz burada qoyulub. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunub. İşğala qədər 1 saylı məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağını da erməni vandalları tamamilə dağıdıblar.

Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti