...

Elektrik avtomobillərinin yürüşü olub (FOTO)

Siyasət Materials 28 May 2021 15:33 (UTC +04:00)
Elektrik avtomobillərinin yürüşü olub (FOTO)

Bakı. Trend:

«Tesla Club Azerbaycan» Azərbaycan Avtomobil Federasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyinin və «Regional İnkişaf» İctimai Birliyinin dəstəyi ilə elektrik avtomobillərinin yürüşünü təşkil edib.

Trend-in məlumatına görə, 28 May- Respublika Gününə həsr olunan yürüşün əsas məqsədi ölkə ərazisində elektrik avtomobillərinin istifadəsini stimullaşdırmaq və bu sahəyə olan marağı artırmaqdır. Yürüşdə 2014-cü ildə Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə «GreenCar Azərbaycan» şirkəti tərəfindən gətirilən ilk «Tesla» elektrik avtomobilləri də iştirak edib.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüş Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonuna və oradan da Şamaxı şəhərindəki «Abqora» ictimai iaşə məkanına qədər davam edib. Qeyd edək ki, regionlarımızdakı ilk sürətli elektrik şarjetmə cihazı məhz «Abqora» ictimai iaşə məkanının parkinqində quraaşdırılıb.

Xatırladaq ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, həmçinin «Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı»nda öz əksini tapır.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi və Azərbaycan Avtomobil Federasiyası tərəfindən elektrik avtomobillərin istifadəsi üçün intensiv, sistemli və əlaqələndirilmiş tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti