...

Ağdamın mina xəritələrinin verilməsi Prezident İlham Əliyevin böyük qələbəsidir - İsrailli ekspert

Siyasət Materials 14 İyun 2021 10:49 (UTC +04:00)
Ağdamın mina xəritələrinin verilməsi Prezident İlham Əliyevin böyük qələbəsidir - İsrailli ekspert

Bakı. Cani Babayeva - Trend:

Ağdam rayonunun mina xəritələrinin verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik, siyasi və beynəlxalq məkanda böyük qələbəsidir.

Bunu Trend-ə israilli ekspert Mixail Finkel deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev mümkün olmayanı edib, çünki heç kim bunun əldə olunacağını təsəvvür edə bilməzdi. Ekspert əlavə edib ki, bu, böyük qələbədir:

"Azərbaycan Prezidenti İlham Əliyev həm mülki əhalinin, həm də hərbçilərin həyat və sağlamlıqlarını qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etdi. Sirr deyil ki, nə qədər insan minaya düşür və bu yaxınlarda azərbaycanlı jurnalistlər həlak oldu. Bu minalar çox böyük təhlükə daşıyır, ona görə də mən Azərbaycanı bu qələbə münasibətilə təbrik edirəm. İnanmaq istərdim ki, digər rayonların da mina xəritələri də veriləcək."

Onun sözlərinə görə, mina xəritələrinin verilməsi azad edillmiş ərazilərin inkişafına müsbət təsir göstərir:

"Mən bunu Azərbaycan Prezidenti İlham Əliyev və onun komandasının diplomatik fəaliyyətinin uğurlu nəticəsi kimi qiymətləndirirəm".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti