...

Bakı ilə Yerevan arasında dialoqun normallaşmasına yönəlmiş addımları dəstəkləyirik - Zaxarova

Siyasət Materials 17 İyun 2021 18:05 (UTC +04:00)
Bakı ilə Yerevan arasında dialoqun normallaşmasına yönəlmiş addımları dəstəkləyirik - Zaxarova

Bakı. Trend:

Biz Bakı ilə Yerevan, Yerevanla Ankara arasında dialoqun normallaşmasına yönəlmiş addımları dəstəkləyirik.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Cənubi Qafqazda qarşılıqlı fəaliyyət mehriban qonşuluq prinsipləri əsasında və region ölkələrinin maraqlarının balansı nəzərə alınmaqla həyata keçirilməlidir:

"Biz Qarabağla bağlı məsələləri Azərbaycanın və ya Ermənistanın üçüncü ölkələrlə ikitərəfli münasibətlərlə qarışdırmağı düzgün hesab etmirik. Biz son Azərbaycan-Türkiyə təmaslarını məhz bu baxımdan nəzərdən keçiririk. Hesab edirik ki, regionda bütün ikitərəfli münasibətlər, o cümlədən hərbi əlaqələr digər dövlətlərə qarşı yönəlməməlidir".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti