...

Hərbi qulluqçuların vəzifə maaşlarına əlavələrin edilməsi hərbçilərə olan dövlət qayğısının növbəti nümunəsidir - Deputat

Siyasət Materials 25 İyun 2021 20:02 (UTC +04:00)
Hərbi qulluqçuların vəzifə maaşlarına əlavələrin edilməsi hərbçilərə olan dövlət qayğısının növbəti nümunəsidir - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

"İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlətin hərbçilərə diqqət və qayğısının növbəti nümunəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib. Deputat bildirib ki, məlum Sərəncama əsasən, qəhrəman əsgərlərimizin aylıq vəzifə maaşlarına 20-60 faiz civarında əlavələr olacaq: "Bu isə onların sosial müdafiəsinin gücləndirilməsi, rifahının yüksəldilməsi istiqamətində atılmış olduqca uğurlu addımdır. Dövlət hər zaman Silahlı Qüvvələrin, hərbçinin, əsgərin yanında olub. Zaman-zaman hərbçilərimizin mənzil-məişət problemlərinin həlli, onların xidmət şəraitinin müasir standartlara uyğun yenidən qurulması ilə bağlı böyük işlər görülüb, hərbçi hər zaman dövlətin qayğısını hiss edib. Bu gün də belədir. Orduya, əsgərə diqqət əsas prioritetlərdəndir".

E.Musayev qeyd edib ki, dövlət başçısının müvafiq sərəncamları ilə iyunun 24-də 76 mindən çox hərbçimiz orden və medallarla təltif olundu: "Bu da son dərəcə təqdirəlayiq haldır və Prezidentin, dövlətin Orduya olan qayğısını, diqqətini göstərən, özündə ehtiva edən faktordur. Azərbaycanın qəhrəman ordusu Qarabağı işğaldan azad edən ordudur. Bu ordu bizim qürurumuzdur, güvənc yerimizdir, fəxrimizdir. Belə bir qəhrəman ordu ən böyük diqqəti, qiyməti, hörməti, ehtiramı haqq edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti