...

1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi həyatın ritmini dəyişdi – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 14 İyul 2021 16:51 (UTC +04:00)
1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi həyatın ritmini dəyişdi – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Bakı. Trend:

1969-cu ilin iyulu... Bu təqvimin Azərbaycan tarixində xüsusi yeri var. Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyev birinci katib seçildi. Bununla da SSRİ-nin geridə qalmış ucqarlarından biri olan Azərbaycanın həyatında dönüş yarandı, yeni bir dövr başladı. Yeni birinci katib ətalət və durğunluq buzunu sındırdı, həyat ritmini dəyişdirdi. Həmin illərin mənzərəsini müxtəsər olaraq belə təsvir etmək olar: Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri, dərin dəniz özülləri zavodları, “Gülüstan” sarayı, indiki Heydər Əliyev sarayı kimi yaraşıqlı binalar tikildi. Yeni Əhmədli, Günəşli yaşayış massivlərinin, mikrorayonların salınması əhalinin mənzil probleminin həllinə yol açdı. Eyni zamanda, kənd təsərrüfatı dirçəldildi, pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı. Buna adekvat olaraq, kənd əhalisinin güzəranı yaxşılaşdı.

Trend-in məlumatına görə, Rüfət Həmzəyevin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi həyatın ritmini dəyişdi” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb.

Verilişin qonaqları – Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu, Bəhruz Məhərrəmov və İlham Məmmədov mövzu ətrafında müzakirə aparıblar.

İnformasiya dəstəkçisi TREND

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti