...

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli Bakı bəyannaməsi imzalanıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 İyul 2021 15:47 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli Bakı bəyannaməsi imzalanıb (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli iclasının yekunu olaraq Bakı bəyannaməsi imzalanıb.

Trend-in məlumatına görə, bəyannaməni Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Qeyd edək ki, bəyannamədə parlamentlərarası dialoqu, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, ümumi maraq doğuran regional və qlobal məsələlər üzərində birgə işləmək və beynəlxalq parlament təşkilatlarında üç qardaş ölkənin ortaq mövqe müəyyənləşdirmək niyyətinin, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq məsələlərin həllinə parlament dəstəyinin ifadə olunması əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti