...

Qarabağdakı vəziyyət barədə məqalələr yazacam - Makedoniyalı jurnalist

Siyasət Materials 31 Avqust 2021 15:50 (UTC +04:00)
m
Qarabağdakı vəziyyət barədə məqalələr yazacam - Makedoniyalı jurnalist

Bakı. Humay Ağacanova -Trend:

Ötən ilki müharibə faciələrini görəndən sonra ümid edirəm ki, bir daha oxşar faciələr baş verməyəcək və bundan sonra region inkişaf edəcək

Trend-in Qarabağ bürosunun məlumatına görə, bu barədə hazırda bir qrup xarici media orqanları ilə azad olunmuş ərazilərdə səfərdə olan Makedoniyalı jurnalist Boyan Stoykovski bildirib

O, həmçinin bildirib ki, səfərdən sonra həm balkan, həm də dünya ictimaiyyətinin xəbərdar olması üçün Qarabağdakı vəziyyət barədə məqalələr yazacaq.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanları “Azərbaycan Media Tur” çərçivəsində işğaldan azad olunan ərazilərə səfər edib.Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya və Bosniya və Hersoqavinadan olan 20-dən artıq xarici jurnalist iştirak edir.

Xəbər lenti

Xəbər lenti