...

Rusiyanın rəsmi tender saytı səhvini düzəltdi

Siyasət Materials 9 Sentyabr 2021 10:35 (UTC +04:00)
Rusiyanın rəsmi tender saytı səhvini düzəltdi

Bakı. Trend:

Rusiyanın satınalma sahəsi üzrə vahid informasiya sisteminin rəsmi saytında - “Zakupki.gov.ru” tender elanında Azərbaycana qarşı təxribat aradan qaldırılıb.

Trend-in məlumatına görə, saytda artıq düzəliş edilib. Belə ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyası ərazisindən kənarda yerləşən ərazi kimi qeyd olunub.

Əvvəlki variantda qeyd olunun ifadə isə saytdan yığışdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti