Bakı. Trend:
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan ofisinin rəhbəri Abdurrahman Uzun yenidən MÜSİAD-ın idarə heyətinin üzvü seçilib.
Bu barədə Trend-ə MÜSİAD-dan bildiriblər. Qeyd olunub ki, A.Uzun dünən dərnəyin 26-cı konfransında seçilib.
Qeyd edək ki, 26-cı kofrans Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilib. Konfransda həmçinin, Mahmud Asmalı MÜSİAD-ın Türkiyədəki idarə heyətinin rəhbəri seçilib.