...

Azərbaycanla Türkiyə arasında hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsi genişləndirilə bilər (FOTO)

Siyasət Materials 22 Sentyabr 2021 13:31 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsi genişləndirilə bilər (FOTO)

Bakı. Trend:

Azərbaycanla Türkiyə arasında hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsi genişləndirilə bilər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, xidmət rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyə Milli Müdafiə Nazirliyinin Hərbi Çağırış Xidməti baş direktorunun müavini Mehmet Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti