...

Prezident İlham Əliyev: Sərhədlər məsələsində bu gün Ermənistan reallığı dərk etməlidir

Siyasət Materials 28 Sentyabr 2021 12:52 (UTC +04:00)
Prezident İlham Əliyev: Sərhədlər məsələsində bu gün Ermənistan reallığı dərk etməlidir

Bakı. Trend:

Sərhədlər məsələsində bu gün Ermənistan reallığı dərk etməlidir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Biz isə öz dədə-baba torpağımıza qayıtmışıq. Biz 30 il orada olmamışıq. Əgər Ermənistan tərəfi deyirsə ki, sərhəd oradan keçir, nə üçün orada heç kim yox idi? Sərhəddirsə, gəl sərhədi qoru. Biz gəldik, o dağlara yerləşdik. Bizim xəritələrə görə biz öz ərazimizdə yerləşmişik. Əgər Ermənistan tərəfi fərqli fikirdədirsə, gəlsin, otursun, bizimlə bərabər bunu müzakirə edək, bir il çəkər, beş il çəkər, otuz il çəkər, kim bilir. Yenə də qayıdıram bu söhbətə. Sərhədlər məsələsində bu gün Ermənistan reallığı dərk etməlidir. O, tezliklə bizim şərtlərimizə əməl edib, onları qəbul edib, bu məsələni həll etməlidir ki, artıq hər kəs bilsin, onun sərhədi harada yerləşir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti