...

Qarabağda qanunsuz işləmiş xarici şirkətlərin məsuliyyətə cəlb olunması üçün tədbirlər aparılır - Kamran Əliyev

Siyasət Materials 1 Oktyabr 2021 10:06 (UTC +04:00)
Qarabağda qanunsuz işləmiş xarici şirkətlərin məsuliyyətə cəlb olunması üçün tədbirlər aparılır - Kamran Əliyev

Bakı. Elçin Mehdiyev – Trend:

İşğal dövründə Qarabağda qanunsuz sahibkarlıqla məşğul olan xarici şirkətlərin məsuliyyətə cəlb olunması üçün istintaq-əməliyyat tədbirləri aparılır.

Trend-in məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev cümə günü “Azərbaycan” qəzetində bu gün dərc edilən məqaləsində deyib.

K.Əliyev bildirib ki, erməni vandalizmi nəticəsində talan edilmiş, dağıdılmış yaşayış məntəqələrinə, tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, eləcə də atəşkəsin davam etdiyi dövrdə əldən çıxmış faydanın məbləğlərinin müəyyən edilməklə beynəlxalq məhkəmələrə müraciət olunması istiqamətində prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər davam etdirilir:

"Eyni zamanda işğal olunmuş ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə, həmçinin əzəli torpaqlarımızda qanunsuz məskunlaşmanı həyata keçirən bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri aparılır".

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti