...

Türkiyə Prezidenti Azərbaycanı müstəqilliyinin bərpası günü münasibətilə təbrik edib

Siyasət Materials 18 Oktyabr 2021 22:51 (UTC +04:00)
Türkiyə Prezidenti Azərbaycanı müstəqilliyinin bərpası günü münasibətilə təbrik edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, Türkiyə Prezidenti bu barədə özünün tviter səhifəsində yazıb.

“Aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, teleyi taleyimiz, kədəri kədərimiz can Azərbaycanı 18 Oktyabr Müstəqilliyinin Bərpası Gününü səmimi qəlbdən təbrik edirəm”, - deyə Türkiyə liderinin təbrikində qeyd olunub.

Türkiyənin dövlət başçısı paylaşımına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə fotosunu da əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti