...

Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 26 Oktyabr 2021 18:53 (UTC +04:00)
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 26-da BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən tərəfdaşlıqdan məmnunluq ifadə olundu, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.

BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulandı, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması layihəsində şirkətin iştirak imkanları xüsusi qeyd olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti