Zəngilandan verilən mesajlar: Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik - TƏHLİL

Zəngilandan verilən mesajlar: Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik - TƏHLİL

Bakı. Humay Ağacanova -Trend:

26 oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri baş tutdu. Bu səfər çərçivəsində iki qardaş ölkə liderlərinin birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində, Zəngilan rayonunda “Dost Aqropark”ın və Zəngəzur dəhlizinin təməlqoyma mərasimlərində iştirak etməsi bütün dünyaya verilən birlik və qardaşlıq mesajı oldu.

Prezident Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimindən sonra iki qardaş ölkə prezidentləri arasında təkbətək görüş keçirildi. Görüş zamanı Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektlərinin nəzərdən keçirilməsi ilə yanaşı həmçinin ikitərəfli münasibətlər aktual regional və beynəlxalq məsələlərin müzakirəsi aparıldı. Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçunun sözlərinə görə Füzuli Hava Limanının açılışını iki qardaş ölkənin prezidentlərinin birgə etməsi böyük önəm daşıyır :

“Qarabağda 30 ildir davam edən zülm və qanunsuz işğal can Azərbaycanın öz gücü və siyasi iradəsi sayəsində qazandığı tarixi zəfərlə sona çatdı. 17 oktyabr 2020-ci il tarixdə Azərbaycanın qəhrəman əsgərləri Ermənistanın silahlı işğalçı qüvvələrini Füzulidən iti qovan kimi qovdular. İndi bölgədəki bütün millətlərin də sülh və rifahına böyük töhfə verəcək Füzuli Hava Limanı istifadəyə verildi. "Bir millət, iki dövlət" olan iki qardaş ölkənin - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın etdiyi açılış bir daha iki qardaş ölkənin bütün dünyaya istənilən şərtdə və daim bir-birilərinin yanında olduğunu göstərdiyi üçün böyük önəm kəsb edir. Can Azərbaycanın öz torpağı olan Qarabağ layiq olduğu və həsrətlə gözlədiyi insanlarına, rifaha, sülhə və rahatlığa bu hava limanı sayəsində daha qısa zamanda qovuşacaq".

Y.Topçu onu da qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev XXI əsrdə öz gücü, diplomatik və siyasi uğurları ilə imperialist qüvvələrin planlarını puça çıxarıb, tarixin zibilliyinə atdı: "Bu hava limanının Ali Baş Komandan İlham Əliyevin tapşırığından sonra 8 ay ərzində uçuşlara hazır vəziyyətə gətirilməsi bütün dünyaya Azərbaycanın və nəcib millətinin iqtisadi qüdrətini göstərməsi baxımından da çox önəmlidir. Füzuli Beynəlxalq Hava Limanına ilk dəfə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın təyyarəsi endi və onu burada qardaşı Ali Baş Komandan İlham Əliyev qarşıladı. Bütün məzlumların səsi olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Böyük Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözünü, cənab Prezident İlham Əliyevə isə Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" sözünü həyatın bütün dövrlərində yerinə yetirdikləri üçün minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Azərbaycan və Türkiyənin Vətən müharibəsində bütün dünyaya göstərdiyi birlik ruhu indi belə böyük iqtisadi layihələrlə artaraq davam edəcək".

Baş müşavir əlavə edib ki, dünya türkə düşmənlik etməyin məğlubiyyət, türklə dostluğun isə qalibiyyət gətirdiyini anlayacaq: "Bakını Türk Dünyasının mədəniyyət beşiyi olan Şuşa ilə əlaqələndirən ən önəmli layihələrdən olan Füzuli Hava Limanı Zəfər yolunun inşasının tamamlanması ilə Qarabağı Azərbaycanımıza, regiona və bütün dünyaya qırılmaz şəkildə bağlayacaq. Arzu edirəm ki, Füzuli Beynəlxalq Hava Limanı region xalqlarına və xüsusən də Azərbaycanın öz torpağı olan Qarabağa və xalqına daimi sülhün və rifahın gəlməsi üçün vəsilə olsun. Azərbaycan-Türkiyə qardaşlığı daimi, əbədi və mübarək olsun!".

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib ki, Füzuli beynəlxalq hava limanı Azərbaycanın bu ərazilərinə iş adamlarının, investorların cəlb edilməsinə kömək edə bilər: "Ümidvaram ki, bu Xəzər dənizindən Qara və Aralıq dənizlərinə qədər uzanacaq mütəşəkkil sənaye zonalarına sərmayə yatırma prosesini asanlaşdıracaq. Füzuli hava limanı xəritədə strateji mövqedə yerləşir və hesab edirəm ki, bu infrastrukturdan praqmatik olaraq regionda rifahın bərpası və uzunmüddətli sabitliyin bərqərar olması üçün zəruri olan investisiyaların cəlb edilməsi istiqamətində istifadə oluna bilər".

Onun sözlərinə görə, Ərdoğanın Azərbaycanın Füzuli rayonuna səfəri simvolik, strateji və praktik xarakter daşıyır:

"Azərbaycanın ən yaxın müttəfiq ölkənin liderinin Füzuliyə səfəri Azərbaycanın ötənilki 44 günlük müharibədə qazandığı qüdrətli qələbəni vurğulayır ki, bu da Azərbaycan tarixində ən böyük hərbi və diplomatik qələbədir. Prezident Ərdoğanın Füzuliyə səfəri bütün dünyaya göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək bütün Cənubi Qafqaz regionunun reinteqrasiyasına kömək etmək üçün indi Füzulidə nəqliyyat qovşağı yaratmağa hazırdır", - deyə keçmiş səfir vurğuladı.

O, əlavə edib ki, Ərdoğanın səfəri Türkiyə ilə Azərbaycan arasında strateji baxımdan sıx münasibətləri nümayiş etdirir. Azərbaycanla Türkiyə arasında münasibətlər, əlbəttə ki, onilliklər ərzində çox yaxındır, - deyən Brayza məşhur “Bir millət, iki dövlət” devizini xatırladıb.

İsrailli ekspert, beynəlxalq hüquq üzrə mütəxəssis Mixail Finkel qeyd edib ki, tikintisi qısa zamanda başa çatmış hava limanının açılışı iki məsələni vurğulayır: "Birincisi, Qarabağ qayıdıb, ikincisi isə Qarabağ dünyanın tərkib hissəsinə çevrilir və aviareyslərlə dünyaya bağlanacaq".

Ekspertin sözlərinə görə, Azərbaycanın yürütdüyü siyasətin müdrikliyi ondadır ki, ölkədə arteriyaların yaradılmasının vacibliyini başa düşürlər: "Əlbəttə, Qarabağı dünya ilə bağlayan digər arteriyalar kimi Füzuli beynəlxalq hava limanı da siyasətçilərin, iş adamlarının, investorların, ictimai xadimlərin, mədəniyyət xadimləri və turistlərin səfərlərinə xidmət edəcək. Qarabağa gələn insanlar bu gözəl yerləri görüb, investisiyalar qoymaq, müəssisələr açmaq istəyəcək. İnsanlar burada işləmək, dincəlmək və səyahət etmək, perspektivdə isə müalicə almaq istəyəcəklər. Əminəm ki, zaman keçdikcə burada müalicə mərkəzləri, mehmanxanalar açılacaq".

M.Finkel qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanının açılması Azərbaycanın müxtəlif ölkələrlə dostluq münasibətlərini möhkəmləndirəcək: "Bu, xalqlar arasında dostluğun möhkəmlənməsinə gətirib çıxaracaq və Qarabağa getdikcə daha çox ölkə nümayəndələri gələcək".

Ekspert əlavə edib ki, işğal illərində Qarabağda ermənilər tərəfindən heç nə tikilməyib və yaradılmayıb: "Onlar orada heç nə yaratmadan hər şeyi daşıyıb aparırdılar. Müharibədə uduzmağa başlayanda isə onlar Gebbelsin "yandırılmış torpaq" nasist siyasətinə əməl etdilər. Ermənilərin Qarabağı işğal etdiyi 30 il ərzində orada bu əraziləri sivil dünyaya inteqrasiya edəcək nə hava limanı, nə hər hansı bir digər infrastruktur yaradılmayıb".

"Natsionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko həmçinin bildirib ki, Füzuli Beynəlxalq Hava Limanı beynəlxalq səviyyəli hava limanıdır: "O, görünməmiş qısa müddətdə tikilib. Belə zaman kəsiyində hava limanının tikilməsini hələ heç kəs görməyib. O ki qaldi hava limanının memarlıq üslubuna və aviasiya tələbləri standartlarına cavab verməyinə, bu, beynəlxalq səviyyəli obyektdir, və ən yüksək tələblərə cavab verir. Sözsüz ki, hava limanının açılışı, o cümlədən, 30 il ərzində hər şeyin dağıdıldığı və hazırda işğaldan azad edilmiş ərazilərdə gələcək iqtisadi inkişafın bünövrəsi qismində xidmət edəcək. Burada, bir ildən də az bir müddətdə keyfiyyəti və tikinti müddəti ilə Ginnesin Rekordlar Kitabına düşə biləcək unikal infrastruktur obyekti tikildi".

Korotçenkonun sözlərinə görə, hər kəs Azərbaycanın bu cür obyektləri tikmək imkanlarına diqqət yetirəcək və bu, şübhəsiz ki, ölkənin beynəlxalq nüfuzunu artıracaq.

"Bu gün hava nəqliyyatı kommunikasiyaların əsasını təşkil edir, hava limanının açılması gələcəkdə turizm klasterinin inkişafına imkan verəcək, Azərbaycanın müxtəlif şəhərləri arasında hərəkət zamanı sərf olunan vaxtı azaldacaq, və təbii ki, bütövlükdə regionun inkişafı baxımından iqtisadi effekt verəcək. Onu da unutmayaq ki, Zəfər yolu Füzulini Şuşa şəhəri ilə birləşdirir. Bu da istismara verilmiş ən yüksək səviyyəli infrastruktur obyektidir, bütün bunlar kommunikasıyanı daha sərfıli edir, sürətləndirir və təbii ki, çox güclü iqtisadi effekt verəcək", - deyə İqor Korotçenko qeyd edib.

O həmçinin vurğulayıb ki, milyonlarla erməni üçün Füzuli Beynəlxalq Hava Limanının açılışı nəinki Azərbaycanın müharibədə qalib gələn, hətta ermənilərin 30 il ərzində dağıtdığı, faktiki olaraq cansız səhraya çevirdiyi əraziləri bu gün bərpa edən uğurlu ölkə olmasının nümunəsidir.

"Minalanmış ərazilərdən başqa ermənilər ğzlərindən sonra heçnə qoymayıb. Ermənistan Füzuli Beynəlxalq hava limanına baxıb və özlərinə sadə bir sual verirlər: "Niyə Azərbaycan bunu edə bilir, biz isə yox?" Və yəqin ki, çoxlarının şüurunda dəyişikliklər olacaq, 21-ci əsrə gedən Azərbaycanı, 20-ci əsrdə ilişib qalmış və heç bir şəkildə oradan çıxa bilməyən Ermənistanı görəcəklər. Və bu Qarabağ erməniləri üçün onları Azərbaycan vətəndaşları kimi gözləyən daha yaxşı gələcək üçün bir nümunə olacaq", - deyə İqor Korotçenko bildirdi.

Trend İnformasiya Agentliyinin Təhlil Şöbəsi

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Xarici valyutaların manata qarşı məzənnələri
Xarici valyutaların manata qarşı məzənnələri
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Loading Bars
Xəbər lenti
Dəridəki qançırlar xərçəngin göstəricisi ola bilər
Bayden omikron ştammı ilə bağlı panikaya düşməməyə çağırır
"Google" Lütfi Zadəyə həsr olunmuş "dudl" təqdim edib
NATO-nun baş katibi Rusiya ilə dialoqa inandığını bildirib
Johnson & Johnson "omikron" ştammına qarşı peyvəndin hazırlanmasına başlayıb
Lionel Messi 7-ci dəfə "Qızıl Top" mükafatına layiq görülüb
Levandovski 2021-ci ilin hücumçusu seçilib
Pfizer şirkətin PAXLOVID preparatının "omicron" ştammına qarşı effektivliyinə əmindir
"Omicron" ştammının simptomları nələrdir və necə mübarizə aparılmalıdır? - AÇIQLAMA
Yevlaxda ailənin 5 üzvü dəm qazından zəhərlənib
Dünyada koronavirusa yoluxanların sayı 260 milyonu ötüb
Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyard dolları ötüb
Azərbaycan Sakit Okean Alyansı təşkilatının III Beynəlxalq Əməkdaşlıq Forumunda təmsil olunub
Azərbaycanla Aİ arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Cek Dorsi "Twitter"-in baş direktoru vəzifəsindən istefa verib
Şimal-Cənub dəhlizinin reallaşması İran-Azərbaycan münasibətlərində canlanmaya səbəb olub - TƏHLİL
Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları artıb
İstifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları məhv edilib
"SOCAR Türkiyə" "Merkury" layihəsi ilə bağlı yekun qərarın müddətini açıqlayıb
Bolqarıstan Azərbaycandan razılaşdırılmış qaz həcminin yalnız üçdəbir hissəsini əldə edir - Səfir
Dörd restoran və bir çay evində pozuntular aşkarlanıb
Nazirlər Kabineti COVID sertifikatlarının tanınması ilə bağlı Qərar qəbul edib
Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb
COVID-19-a qarşı peyvənd, əks göstəriş və immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib
Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib (FOTO)
İstanbulda fırtınada ölənlərin sayı 4-ə çatıb
Şəkidə qaz təchizatı müvəqqəti dayandırılacaq
İƏT-in “Birlikdə gələcəyə” çağırışı yeni reallıqların diktə etdiyi strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq - Vüqar Rəhimzadə
AzMİU-da Milli Məclisin deputatı Ramin Məmmədovun tələbələrlə görüşü olub (FOTO)
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı XİN-ləri arasında məsləhətləşmələr keçirilib
Mətbuat Şurası İldırım Dəmirlinin vəfatı ilə bağlı nekroloq yayıb
İƏT ilə Azərbaycan arasında konstruktiv əməkdaşlıq mühiti var - Tamam Cəfərova
14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
Ermənistan niyə reallıqlarla barışmağa məhkumdur? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Qış Universiadası "omikron" ştammına görə ləğv olunub
Noyabrın 30-na USD/AZN rəsmi məzənnəsi
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub
Azərbaycanda futbol klublarına dəstək fondu yaradılacaq
Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib
PAŞA Bankın endirimindən faydalanmaq üçün son 1 gün!
Bakıda gender əsaslı zorakılıqla mübarizəyə dair konfrans keçirilib
Prokurorluq Yasamalda intihar edən 18 yaşlı qızla bağlı açıqlama yaydı
Bakıda saxta spirtli içkilərin satıldığı müəssisə aşkarlanıb
Türkiyənin ölkəmizdəki səfiri ADNSU-da olub (FOTO)
Çoxmənzilli binalarda su təchizatı sistemləri yenidən qurulur (FOTO)
Rasim Quliyevin məhkəmə istintaqı başa çatdı
Tovuzda qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri aşkarlanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
"Peşə təhsili haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
Pay torpaqlarına çıxarış verilməsi üçün rüsum tutulmayacaq
“Təhsil haqqında” qanuna edilən dəyişikliklər təsdiqlədi
Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun tikintisi məsələsi həllini tapıb - Ərdoğan
Türkiyə İsraillə münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır - Ərdoğan
"Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənayeparklarının rezidenti olmaq üçün 10-dək layihə təqdim edilib
Crowd-1 dələduz maliyyə piramidası İfşa edildi, rəhbərləri Saxlanıldı (FOTO/VİDEO)
Rektor uğur qazanmış tələbələrlə görüşüb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev gürcüstanlı həmkarı İrakli Petriaşvili ilə görüşüb
Cəbrayılda təmir-tikinti işləri apararkən bir nəfər minaya düşüb
Eldəniz Səlimovun məhkəməsi keçirilib
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
İranda ötən sutkada 4,31 min nəfər koronavirusa yoluxub
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
KOBİA yanında İctimai Şuranın iclası keçirilib (FOTO)
KOBİA sədrinin keçmiş müavini Ukraynada yüksək vəzifəyə təyin olunub
Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Qobustanda keçirilib (FOTO)
Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb
Türkiyədə müalicə alan daha beş qazi sağalaraq Azərbaycana qayıdıb (FOTO)
BDU-nun 10-dan çox qrupu distant təhsilə keçib
Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib
İsmayıllıda xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub (VİDEO)
Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir - Kamaləddin Qafarov
Bəzi yanacaqdoldurma məntəqələrində yanacağa qatqılar əlavə edilir - SOCAR
Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərib
Bolqarıstan qaz tədarükü müddətinin uzadılması üçün Azərbaycana müraciət edib
Hava dəyişəcək: Güclü külək, yağış, qar gözlənilir
Xurma adı ilə qanunsuz dərman daşıyan avtomobil saxlanılıb
Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilib (FOTO)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb - SƏRƏNCAM
MEDİA və ADA Universiteti gənc jurnalistlər üçün seminarlara başlayıb (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır
Rusiyada koronavirusa yoluxanların sayı 9,6 milyon nəfəri ötüb
Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib (VİDEO)
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq standartın tətbiqinə başlayıb
YAP sıralarına yeni üzv olan gənclərlə görüş keçirilib (VİDEO)
Azərbaycanda istehsal edilən yanacağın qonşu ölkələrə ixracı planlaşdırılır (Özəl)
Ali məktəblərə sınaq imtahanına qeydiyyat başlayıb
İlahiyyat İnstitutunun dekanı beynəlxalq konfransda iştirak edib (FOTO)
Sabah 20 dərəcəyədək isti olacaq
Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib (FOTO)
Hotellərdə qiymətlərin artması müşahidə olunur - Hotellər Assosiasiyası
Ermənistanın sabiq müdafiə nazirinin həbs müddəti uzadılıb
Bolqarıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü geniş işıqlandırılıb
"Omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir - ÜST
“Peyvənd sertifikatı”nın müddəti nə qədərdir, üçüncü doza vurulmasa, sənəd qüvvədən düşür?
Sahibkarlar üçün “KOB dostu” verilişi başlayır
Bütün xəbərlər