...

Aşqabad Bəyannaməsində Azərbaycana ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ünvanlanıb

Siyasət Materials 28 Noyabr 2021 14:15 (UTC +04:00)
Aşqabad Bəyannaməsində Azərbaycana ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ünvanlanıb

Bakı. Trend:

Aşqabad Bəyannaməsində Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilib

Trend-in məlumatına görə, bu barədə Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci Zirvə Görüşünün yekun Bəyannaməsində deyilir.

Aşqabad Bəyannaməsində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir.

Sənəddə bundan sonrakı mərhələdə Qafqaz regionunda mehriban qonşuluq münasibətlərinin qurulmasının vacibliyi vurğulanır.

Həmçinin İƏT-ə üzv dövlətlər Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır.

İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapmasının Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti