...

Ədalət Məhkəməsinin qərarı göstərir ki, beynəlxalq təşkilatlar Ermənistanın cinəyatkar siyasətini artıq dərk ediblər - Deputat

Siyasət Materials 9 Dekabr 2021 14:00 (UTC +04:00)
Ədalət Məhkəməsinin qərarı göstərir ki, beynəlxalq təşkilatlar Ermənistanın cinəyatkar siyasətini artıq dərk ediblər - Deputat

Bakı. Trend:

Bu il sentyabrın 14-də Ermənistan tərəfi Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət məhkəməsinə "İrqi ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanın pozulması ilə bağlı Azərbaycan tərəfinə qarşı iddia qaldırmışdı. Həmin tarixdən 1 həftə sonra Azərbaycan tərəfi qarşılıqlı bir iddia qaldırmışdı. Oktyabr ayının 14-dən dekabrın 7-nə qədər Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən hər iki dövlətin qaldırdığı iddialar əsasında məhkəmə baxışı olmuş və eyni zamanda təqdim olunmuş sübutların qiymətləndirilməsi ilə bağlı məhkəmə kollegiyası müzakirələr aparıb. 7 dekabrda Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarının əsaslı olmaması, Ermənistanın iddialarının heç bir fakta və sübutlara söykənmədiyini əsas götürərək belə bir qərarın qəbul olunması ilə bağlı yekun qərar çıxartdı. Dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın qaldırdığı iddia ilə bağlı qəbul etdiyi qərarı ölkəmizin növbəti diplomatic-siyasi uğuru kimi dəyərləndirmək olar. Belə ki, Məhkəmə Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.

Bunu Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Xatırladaq ki, Ermənistan Azərbaycana qarşı 3 istiqamətdə iddia irəli sürürdü. Birincisi, müharibədən sonra həbs edilmiş təxribatcı erməni qüvvələrinin dərhal geri qaytarılması iddiası, digər iddia Bakıda mövcud olan Hərbi Qənimətlər Parkının bağlanılması ilə bağlı idi. Eyni zamanda, Azərbaycanın Ermənistana qarşı müharibə cinayətlərinin araşdırılmasına dair iddiası ilə bağlı 3 iddia irəli sürülmüşdü. Sonda məhkəmə Ermənistanın Azərbaycana qarşı etnik zəmində zorakı çağırışlar edən təşkilatlar, qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verdı. Azərbaycana qarşı iddiaların ləğv edilməsi və Ermənistan üzərinə belə bir öhdəliyin qoyulması bunu göstərir ki, onlar tələm-tələsik, heç bir sübut və dəlillərə əsaslanmayan qaydada Azərbaycana qarşı iddia qaldırmaqla çirkin niyyətlərinə nail olacaqlarına ümid bəsləyirdilər. Azərbaycan tərəfinin Ermənistana qarşı iddiaları o qədər faktlara, dəlillərə söykənib ki, Beynəlxalq Ədalət Məhkəməsi hakimlər kollegiyası fakt qarşısında qalaraq belə bir ədalətli qərarın qəbul edilməsini təmin ediblər. Bu onu göstərir ki, Qarabağda baş verən hadisələr Emrənistanın işğalçı siyasəti, işğal etdikləri ərazilərdə törətdikləri vandalizm hərəkətləri bütün beynəlxalq təşkilatlar tərəfindən görülür və onlar Ermənistanın bu cinəyatkar siyasətinin və fəaliyyətinin nədən ibarət olduğunu artıq dərk ediblər. Bütün dünya Qarabağın Azərbaycanın olmasını qəbul edib.Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddiasına da baxılmış və tələbinin heç bir əsasının olmadığı bildirilərək rədd edilmişdir. Ermənistanın iddiası Azərbaycanda saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılmasına, habelə Bakıdakı Hərbi Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti