...

DGK sədri Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndə heyətilə görüşüb (FOTO)

Siyasət Materials 8 Fevral 2022 19:21 (UTC +04:00)
DGK sədri Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndə heyətilə görüşüb (FOTO)

Bakı. Trend:

Fevralın 8-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən Trend-ə bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev

Azərbaycanda Amerika Ticarət Palatası və gömrük orqanları arasında əməkdaşlıqdan, səmərəli və işgüzar münasibətlərdən məmnunluqla bəhs edib. Vurğulanıb ki, Dövlət Gömrük Komitəsi ilə Palata üzvləri arasında mütəmadi şəkildə keçirilən görüşlər gömrük-bisnes əlaqələrinin, eyni zamanda, gömrük işinin təşkilinin inkişafına mühüm töhfə verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü islahatların gömrük işinin də çevik, səmərəli və şəffaf şəkildə qurulmasına münbit şərait yaratdığını bildirən Komitə sədri tətbiq edilən yeniliklər hesabına istər fiskal sahədə, istər hüquqpozmalarla mübarizədə, istərsə də gömrük əməliyyatlarının sadələşdirilməsi və sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

Komitə sədri xarici ticarət iştirakçıları ilə müxtəlif platformalarda səmərəli əməkdaşlığın qurulduğunu, o cümlədən Azərbaycanda Amerika Ticarət Palatası ilə mövcud əlaqələrin daha da dərinləşdirilməsinin ümumi işə fayda verəcəyini bildirib.

Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimov gömrük sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirib və tətbiq edilən yeniliklərin xarici ticarət iştirakçılarına mühüm fayda verdiyini vurğulayıb. Nuran Kərimov Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığa çox böyük önəm verdiklərini deyib, əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimova gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)" Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti