...

Jurnalistlərə güzəştli ipoteka verilməsi Prezident İlham Əliyevin mətbuata çox böyük töhfəsidir - Əhməd İsmayılov (FOTO/VİDEO)

Siyasət Materials 11 Fevral 2022 16:18 (UTC +04:00)
Jurnalistlərə güzəştli ipoteka verilməsi Prezident İlham Əliyevin mətbuata çox böyük töhfəsidir - Əhməd İsmayılov (FOTO/VİDEO)

Bakı. Trend:

Bu həftə Prezident İlham Əliyev "Media haqqında" Qanunu təsdiqlədi və jurnalistlərə güzəştli ipoteka verilməsi ilə bağlı müvafiq fərman imzaladı.

Bununla bağlı Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinin suallarını Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov cavablandırıb.

Ə.İsmayılov jurnalistləri və ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirib. O, xüsusilə qeyd edib ki, Azərbaycanda jurnalistlərin güzəştli kateqoriyaya aid edilməsi Prezident İlham Əliyevin mətbuata olan növbəti böyük töhfəsidir.

MEDİA-nın icraçı direktoru bildirib ki, "Media haqqında" Qanunun qəbul olunması və təsdiqlənməsi, media reyestrinin yaradılması jurnalistikaya sistemli yanaşmanın tətbiq olunmasına imkan verəcək.

Ə.İsmayılov, həmçinin "Media haqqında" Qanunun bundan sonra jurnalistlərin fəaliyyətində, həyatında nəyi dəyişəcəyini, Media Reyestrinin vacibliyinin nədən ibarət olduğunu, reyestrin hazırlanması istiqamətində hansı işlər görüldüyünü açıqlayıb.

Bəs, jurnalistika sahəsində çalışan xeyli sayda texniki işçi də reyestrə daxil edilərək güzəştli ipoteka ala biləcəkmi? Güzəştli ipotekadan əlavə, jurnalistlər üçün hər hansı digər güzəştlərin tətbiqi nəzərdə tutulurmu? İcraçı direktor bu sualları da cavablandırıb.

Müsahibənin geniş videoversiyasını təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti