...

Ukrayna və Rusiya arasında razılaşma əldə oluna bilərmi? (VİDEO)

Siyasət Materials 16 Mart 2022 15:08 (UTC +04:00)
Ukrayna və Rusiya arasında razılaşma əldə oluna bilərmi? (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya üzv olmaq niyyətində olmadığını deyirsə, bu zaman Ali Radada bu məsələyə baxılmalı və müavfiq qərar qəbul edilməlidir. Lakin hələlik belə bir qərarın qəbul ediləcəyini düşünmürəm.

Trend-in məlumatına görə, bunu Milli.az xəbər portalının baş redaktoru, araşdırmaçı jurnalist Elçin Alıoğlu "Arb24" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna parlamenti ölkənin NATO-ya üzv olmadığını təsdiqləsə, belə vəziyyət dəyişməyəcək. Bununla heç bir problem həll olunmur.

"Ukraynın NATO-ya üzvlüyü bəzi ukraynlı siyasətçilərin özünü aldatmasından ibarətdir. Çünki NATO-nun nizamnəməsinə uyğun olaraq ərazisində ərazi, etnik və ya hər hansı bir formada silahlı münaqişə olan bir ölkə Şimalİ Atlantika Alyansına qəbul edilmir" - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti