...

Ukrayna Beynəlxalq Ədalət Məhkəməsində Rusiyaya qarşı iddiasında tam qələbə qazanıb - Zelenski

Siyasət Materials 16 Mart 2022 20:07 (UTC +04:00)
Ukrayna Beynəlxalq Ədalət Məhkəməsində Rusiyaya qarşı iddiasında tam qələbə qazanıb - Zelenski

Bakı. Trend:

Ukrayna Beynəlxalq Ədalət Məhkəməsində Rusiyaya qarşı iddiasında tam qələbə qazanıb.

Trend xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter" hesabında yazıb.

"Beynəlxalq Ədalət Məhkəməsi işğalı dərhal dayandırmağı tələb edir. Bu qərar beynəlxalq hüquq çərçivəsində məcburidir. Rusiya dərhal buna əməl etməlidir. Sərəncama məhəl qoymamaq Rusiyanı daha da təcrid edəcək", - deyə Zelenski qeyd edib.

Beynəlxalq Ədalət Məhkəməsi hesab edir ki, Rusiya Federasiyası iş üzrə yekun qərara qədər 24 fevral 2022-ci il tarixində Ukrayna ərazisində başladığı hərbi əməliyyatları dayandırmalıdır.

Məhkəmə sənədinə görə, Rusiya Federasiyası, həmçinin təmin etməlidir ki, onun rəhbərlik etdiyi və ya dəstəklədiyi hər hansı hərbi və ya qeyri-qanuni silahlı birləşmələr, habelə onun nəzarətində və ya rəhbərliyi altında olan hər hansı təşkilat və şəxslər bu hərbi əməliyyatların davam etdirilməsi üçün heç bir addım atmasınlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti