Bakı. Trend:
Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, Nazirliyin rəsmi "Twitter" səhifəsindəki paylaşımda deyilir:
“104 il əvvəl erməni quldur dəstələri tərəfindən soyqırıma məruz qalan Azərbaycan türk qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqının dərdini paylaşırıq”.