Bakı. Trend:
Azərbaycan 30 ildir dünyanın ən böyük, ən nüfuzlu təşkilatı olan BMT-nin üzvüdür. Ölkəmiz özünə BMT-nin məsuliyyətli üzvü kimi etimad qazanıb, ali qurumun Nizamnaməsində əksini tapmış məqsəd və prinsiplərə hər zaman töhfə verib. Sülh və təhlükəsizlik missiyasında ölkəmiz hər zaman fəallığı ilə seçilib.
Trend-in məlumatına görə, Elnar Məmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Əsas məsələ sülh və təhlükəsizlikdir" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – siyasi şərhçilər Fərəc Quliyev, Çingiz Qənizadə və Elçin Mirzəbəyli mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: