...

Azərbaycan diasporu Prezident İlham Əliyevlə fəxr edir - Almaniyadakı diaspor nümayəndəsi

Siyasət Materials 22 Aprel 2022 17:02 (UTC +04:00)
Azərbaycan diasporu Prezident İlham Əliyevlə fəxr edir - Almaniyadakı diaspor nümayəndəsi

Şuşa. Trend:

Biz Prezident İlham Əliyevin yürütdüyü siyasəti və onun bütün addımlarını tam dəstəkləyirik.

Bunu Trend-ə Azərbaycanın Almaniyadakı diasporunun nümayəndəsi Yusif Təhməzov Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində deyib.

"Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, xaricdə yaşayan azərbaycanlılar digər dövlətlərin siyasi fəaliyyətinə təsir edə biləcək qüvvədir. Biz Prezident İlham Əliyevlə fəxr edirik", - Y.Təhməzov bildirib.

O qeyd edib ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycan xalqı, xüsusilə, gənclər üçün vacib olan yüksək səviyyəli tədbirdir.

"Xaricdə yaşayan gənclərimiz beynəlmiləlçilik, Vətənə sevgi ruhunda tərbiyə olunmalıdır. Buna görə, bu cür tədbirlər böyük əhəmiyyət daşıyır", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti