...

Ali Baş Komandanın qətiyyəti bizə döyüşlərdə güc verirdi - Xüsusi təyinatlı (FOTO/VİDEO)

Siyasət Materials 30 Aprel 2022 11:13 (UTC +04:00)
Ali Baş Komandanın qətiyyəti bizə döyüşlərdə güc verirdi - Xüsusi təyinatlı (FOTO/VİDEO)

Bakı. Trend:

Bu gün Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının növbəti ildönümüdür. XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb.

Trend BİA XTQ-nin yaranma günü münasibətilə Vətən Müharibəsi iştirakçısı, XTQ mənsubu Vasif Məlikovla görüşüb, qəhrəman hərbçimizin keçdiyi döyüş yolu ilə yaxından tanış olub.

V.Məlikov uzun illər xidmət keçdiyi Azərbaycan Xüsusi Təyinatlı Qüvvlərinin peşəkarlığından, yüksək döyüş qabiliyyətindən, Vətən Müharibəsi zamanı göstərdikləri şücaətlərdən, ən çətin döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldiklərindən danışıb:

“Bizi döyüşdə qələbələrə aparan ən başlıca amil xalqımıza, dövlətimizə və Ali Baş Komandanımıza olan inam idi. Prezident İlham Əliyevin hər dəfə xalqa müraciətləri, qələbələrimizi bir-bir elan etməsi bizdə böyük ruh yüksəkliyi yaradırdı, Ali Baş Komandanın qətiyyəti bizə güc verirdi. Ona görə də hər gün irəli gedirdik, ən çətin döyüş tapşırıqlarını uğurla həyata keçirirdik. XTQ-nin sıravi əsgərindən tutmuş komandirinə qədər hamı bir nəfər kimi irəlidə - düşmənlə üz-üzə döyüşürdü. Müharibənin birinci günündən Ermənistanın hərbi kapitulyasiyasına qədər, ondan sonrakı dövrlərdə də xüsusi təyinatlılar ön sırada döyüşüb, düşmənə qan uddurub. Biz xalqımızın qisasını erməni quldurlarından artıqlaması ilə almışıq. Bununla da qürur duyuruq”.

Vasif Məlikov vurğulayıb ki, Azərbaycanın Xüsusi Tətinatlı Qüvvələri istər 2016-cı ilin aprel döyüşlərində, istərsə də 44 günlük Vətən Müharibəsi zamanı düşmənə unudulmayacaq dərs verib:

“Xüsusi təyinatlılarımız Ermənistanın işğalçı ordusunun qorxulu yuxusuna çevrilib. Çünki Azərbaycan xüsusi təyinatlıları güclüdür, peşəkardır, qəhrəmandır. Bütün bu uğurlarına və qəhrəmanlıqlarına görə xalqımız xüsusi təyinatlılarla fəxr edir, qürur duyur”.

V.Məlikov həmçinin qeyd edib ki, Azərbaycan XTQ hər gün inkişaf edir, sıralarını genişləndirir, peşəkarlığını daha da artırır: “Baxmayaraq ki, döyüşlərdə yaralanıb əlil olmuşam, amma hər an Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrindəyəm. Əgər işğalçı Ermənsitan nə vaxtsa baş qaldırmağa cəhd edərsə, “Dəmir Yumruq” yenə düşmənin başını əzəcək”.

Müsahibənin videovariantını təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti