...

Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır - Tamam Cəfərova

Siyasət Materials 18 May 2022 15:51 (UTC +04:00)
Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır - Tamam Cəfərova

Bakı. Trend:

Artıq 19 ildir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır, Azərbaycanda təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən gözəl, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır. Bu istiqamətdə dövlət başçısının dünən veridiyi Sərəncam təhsil sahəsində həyata keçirdiyi uğurlu siyasətin növbəti təzahürüdür.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

O qeyd edib ki, Azərbaycan ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində nəzərdə tutulmuş 5,0 (beş) milyon manat bu sərəncama əlavəyə uyğun olaraq Təhsil Nazirliyinə ayrılıb.

Sevindirici haldır ki, yeni quraşdırılacaq modul tipli məkətblərdən biri də Şamaxı rayonun Çöl Göylər kəndində olacaq. Sərəncamdan irəli gələrək, burada 96 şagird yerlik modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub.

Deputat açıqlamasında bildirib ki, təhsil infrastrukturunun yenilənməsi daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə görülən məqsədyönlü işlər ardıcıl xarakter daşıyır. Azərbaycan Prezidentinin müvafiq sərəncamları və tapşırıqları əsasında təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub. Təhsilin maddi-texniki bazasının yaxşılaşıdırlması istiqamətində həyata keçirilən innovativ layihələr Azərbaycanın ən ucqar yerlərində belə məktəb infrastrukturunun yaxşılaşmasını birbaşa nümayiş etdirir. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və bunun tamamlanması, Prezidentin müvafiq tapşırığına müvafiq olaraq, 2021-2022-ci ildə başa çatmalıdır. Bu, analoqu olmayan bir faktdır. Dünyanın heç bir yerində belə qısa vaxt ərzində bu qədər məktəb inşa edilməyib.

"İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən ardıcıl və dinamik quruculuq işləri ilə yanaşı ölkə rəhbərinin təhsilə sərmayə qoyuluşunu artırması, gələcəyin əsas uğurunun təhsillə bağlı olduğunu göstərir. Hər zaman təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğiya görə, son Sərəncamda Şamaxıda da daha bir modul tipli məktəbin tikintisi nəzərdə tutulduğu üçün Dövlət Başçımız-Prezident cənab İlham Əliyevə öz adımdan və bütün seçicilərim adından dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm”. Millət vəkili Tamam Cəfərova belə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti