...

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyaya məsləhət xidməti göstərməyə hazırdır - Zaxarova

Siyasət Materials 25 May 2022 17:00 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyaya məsləhət xidməti göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bu, liderlərin 2021-ci il 26 noyabr Soçi görüşünün yekununda qəbul olunmuş bəyanatda qeyd olunub və sonrakı təmaslar zamanı dəfələrlə təsdiq edilib. Rusiya postsovet məkanında delimitasiya sərhədyanı mübahisələrin tənzimlənməsi sahəsində unikal ekspert potensialına malikdir. Bizim sərəncamımızda zəruri kartoqrafik materiallar mövcuddur. Biz komissiyanın fəaliyyəti çərçivəsində erməni və azərbaycanlı dostlarımızla öz təcrübəmizi bölüşməyə hazırıq. Məsləhət xidmətinin göstərilməsi üçün rusiyalı ekspertlər komandası artıq hazırdır", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti