...

Prezident İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib

Siyasət Materials 28 May 2022 15:46 (UTC +04:00)
Prezident İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Xorvatiya Prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Xorvatiyanı dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir. Xoş ənənələrə əsaslanan əlaqələrimizin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əsasda səmərəli işbirliyimizin genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl surətdə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Xorvatiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti