...

Azərbaycanın Qarabağ zəfəri ilə Qafqazda yeni dövr başlayıb - Ərdoğan

Siyasət Materials 29 May 2022 15:51
Azərbaycanın Qarabağ zəfəri ilə Qafqazda yeni dövr başlayıb - Ərdoğan

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın Qarabağ zəfəri ilə Qafqazda yeni dövr başlayıb.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.

"Bu dastanlara düşəcək qələbə sayəsində ümumi coğrafiyamızda davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran maneələr aradan qalxdı. Hesab edirik ki, bu tarixi fürsət boşa getməməlidir. Azərbaycan və Ermənistanın aralarındakı məsələlərin birbaşa həlli istiqamətində atdığı addımlardan məmnunuq. Türkiyə olaraq biz tərəflərin sərhəd məsələlərinin həlli, sülh müqaviləsinin bağlanması, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini dəstəkləyirik. Bu səylərin uğuru bizim hamımızın, bütün regionumuzun xeyrinədir. Sərhəd komissiyalarının mayın 24-də ilk iclasını keçirməsi və Zəngəzur dəhlizi məsələsində irəliləyişin əldə olunması xüsusilə sevindirici haldır. Biz də Ermənistanla münasibətlərimizin normallaşması prosesini səmimiyyətlə həyata keçiririk. Biz regionun təhlükəsizliyi və rifahı naminə Azərbaycanla həmrəyliyimizi artırmağa davam edəcəyik. Qardaşım Prezident İlham Əliyev ilə birlikdə inşallah iki ölkənin dostluğunu, əməkdaşlığını hər sahədə zirvələrə daşıyacağıq. Rəbbim yolumuzu, bəxtimizi açıq etsin", - deyə Türkiyə Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti