...

Qriqoryanın açıqlamasını sülh sazişinə çağırış kimi qiymətləndirmək olar - Elşad Həsənov

Siyasət Materials 4 İyun 2022 10:52 (UTC +04:00)
Qriqoryanın açıqlamasını sülh sazişinə çağırış kimi qiymətləndirmək olar - Elşad Həsənov

Bakı. Trend:

Qriqoryanın açıqlamasını sülh sazişinə çağırış kimi qiymətləndirmək olar.

Bunu Bakı Xəbər-ə açıqlamasında siyasi ekspert Elşad Həsənov deyib.

Elşad Həsənovun sözlərinə görə, Qriqoryanın səsləndirdiyi fikirlər sonuncu Brüssel görüşündə əksini tapan məqamları özündə ehtiva edir: “Məsələ ondadır ki, Şarl Mişelin bəyanatında əhalinin davamlı sülhə hazırlanması üçün hər iki tərəfin iş aparması öz əksini tapıb. Qriqoryanın fikirləri də buna müvafiqdir. Qarabağda Araik kimi separatçılar prosesə mane olmağa çalışsalar da, müvafiq addımlar atılacaq. Kim Azərbaycan qanunlarını qəbul etməyəcəksə, o zaman Qarabağı tərk etməlidir. Biz kimisə ərazilərimizdə zorla yaşamağa məcbur etmirik. Zatən ermənilər nəinki Qarabağı, Ermənistanı belə tərk etməkdədilər. O üzdən, Ermənistan danışıqlarda ciddi kompromislərə getməsə, ciddi problemlərlə üzləşəcək. Çünki Ermənistanın sözünə baxıb kimsə Azərbaycan ərazisini dəyişə bilməz. Erməni mediasının yaydığı məlumata görə, Paşinyanla Araikin görüşü olub, amma bununla bağlı mətbuata açıqlama verilməyib. Məhz bundan Qarabağdakı separatçılar bərk narahat olmağa başlayıblar. Guman edilir ki, Paşinyan Araiki Azərbaycanla sülh sazişi imzalamağa razı salmaq istəyir. Nəzərə almalıyıq ki, Paşinyan parlamentdə çıxışında Qarabağ məsələsinin ərazi yox, hüquqi məsələ olduğunu dedi. Bu səbəbdən Qriqoryan bəyanatında hüquq və təhlükəsizliyə xüsusi önəm verir. Eyni zamanda, buna zəmanət istəyir. Şarl Mişel açıqlamasında etnik ermənilər sözünü işlətdi. Azərbaycanda da etnik xalqlar çoxdur. Bu baxımdan Qarabağdakı etnik ermənilərə müstəsna status verilə bilməz. Bu baxımdan hesab edirəm ki, Qriqoryanın açıqlamasını sülh sazişinə çağırış kimi qiymətləndirmək olar. O üzdən, bütün bu prosesləri biz tam nəzarətdə saxlamalıyıq. Revanşistlərin pozucu təxribatlarına alət olmaq olmaz. Çünki revanşistlər həm sülhə qarşıdılar, həm də Zəngəzur dəhlizinə qarşı. Bunlar həm də Ermənistan-Türkiyə münasibətlərinə qarşıdılar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti